Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:35

Xameneyinin nümayəndəsi Əmini ailəsinə baş çəkib


İranda etirazlar
İranda etirazlar

15 etirazçı xəsarət alıb

İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin müşavirlərindən biri polisdə həbsdəykən ölmüş gənc qadın Məhsa Əmininin ailəsinə başsağlığı verib.

Əmininin ölümü günlərlə davam edən etirazlara səbəb olub.

Reuters agentliyi yazır ki, görünür, Xameneyinin ofisi bu hərəkətlə etirazları səngitməyə çalışır.

Xameneyinin Kürdüstan vilayətindəki nümayəndəsi Əbdülrza Purzəhabi sentyabrın 19-da Əmini ailəsinə ikisaatlıq baş çəkib.

Purzəhabi Məhsa Əmininin ailə üzvlərinə deyib ki, “bütün hökumət təsisatları ailənin hüquqlarını müdafiə etməyə hazırdır”.

Nümayəndə ayətüllah Xameneyinin də bu ölüm hadisəsindən ürək ağrısı kerçirdiyinə əmin olduğunu bildirib:

"Ümid edirəm ki, bu hüsn-rəğbət və sizin ailənizin xoş məramı ilə cəmiyyətdə yaşanan bu yara sağalavcaqdır”.

Purzəhabi bildirib ki, o Əmini ailəsinə Məhsanın ölümü ilə bağlı araşdırmanı son nəticəyədeək izləyəcəyini vəd edib.

İran rəsmisi Əmininin baş xəsarətindən öldüyünü deyir

İranın cənubi Hormozqan vilayətinin aparıcı səhiyyə rəsmisi gənc qadın Məhsa Əmininin başından zərbədən öldüyünü deyir. Bundan öncə rəsmilər əxlaq polisi tərəfindən döyüləndən sonra vəfat edən qadının ürəktutmasından öldüyünü deyiblər.

Guya hicab qaydalarını pozmasına görə saxlanmış qadının polis maşınında döyüldüyünü şahidlər jurnalistlərə danışıblar. Rəsmilərsə bu iddiaları rədd ediblər.

Dr. Hüseyn Kərəmpur sentyabrın 18-də İran Tibb Şurasının prezidenti Məhəmməd Rəiszadəyə məktubunda qurumu Əmininin ölümüylə bağlı vəzifələrini yerinə yetirməyə çağırıb.

Əmininin xəstəxanada yayılmış fotolarında qulaqlarından qan axdığı görünür, gözlərinin altı qaralıb. Kərəmpur yazır ki, bu simptomlar hakimiyyətin ölümü ürək tutmasıyla izah etməsinə uyğun gəlmir, “başdan xəsarət və nəticədə qanaxmayla bağlı simptomlara uyğundur”.

Kərəmpur İran Tibb Şurasını “vicdanla və cəsarətlə hərəkət edərək həqiqəti aydınlaşdırmağa və açıqlamağa”, xalqın yanında olmağa çağırıb.

Məhsanın atası Əmcad Əmini “Emtedad” xəbər saytına deyib ki, həmin gün Məhsayla birlikdə saxlanan qızlarının çoxunun zınglərinə əsasən o, qızının “döyülməsindən” əmindir.

Əmininin xəstəxanada fotosunu görən digər iranlı həkimlər də sosial şəbəkələrdə qeyd ediblər ki, qulaqdan qan başa zərbə nəticəsində axa bilər.

Dövlət katibi Entoni Blinken Twitter-də İslam Respublikasını “qadınlara qarşı sistematik təqiblərə son qoymağa, dinc etirazlara imkan verməyə” çağırıb. O, Birləşmiş Ştatların İran xalqı ilə birlikdə Məhsa Əmininin ölümünə görə kədərləndiyini qeyd edib.

+++

İranda 22 yaşlı qadının polis tərəfindən saxlanandan sonra ölümünə qarşı etirazlarda dörd nəfər həlak olub. Bunu insan haqları qrupu deyir.

“Hengaw” İnsan Haqları Təşkilatının sentyabrın 19-da yaydığı məlumata görə, İranın kürd regionundakı Divandərə şəhərində iki nəfər öldürülüb. Saqqızda isə daha iki nəfər həlak olub.

Bu qrup İranın qərbində kürdlərin yaşadığı ərazilərin monitorinqini aparır.

Etirazlar Məhsa Əmininin ölümündən sonra başlanıb. O, hicab qaydalarını pozması iddialarından sonra polisə aparılıb. Xəstəxanaya yerləşdiriləndən sonra beyin ölümü keçirdiyi açıqlanıb.

İnsan haqları təşkilatı Divandərədə dinc sakinlər Fuad Qədimi Möhsin Mohamadinin “İran İslam Respublikası silahlı qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həlak olduğunu” bildirir. Daha 15 nəfərin yaralandığı xəbər verilir.

Qurumun digər tvitində deyilir ki, Saqqızdakı iki nəfər “İran rejimi qüvvələrinin açdığı birbaşa atəş”lə öldürülüb.

İran hakimiyyəti bu məlumatı rəsmi təsdiqləməyib. Dövlət televiziyası bir neçə etirazçının saxlandığını bildirsə də, ölənlərlə bağlı xəbərləri təkzib edib.

+++

Sentyabrın 18-də İranın Kürdüstan vilayətinin paytaxtı Sənəndəc şəhərində ikinci gecə küçələrə çıxaraq 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz ediblər. Əmini hicab qaydalarını pozmaq iddiaları ilə polisə aparılandan bir neçə gün sonra – sentyabrın 16-da vəfat edib.

İnternetdə yayılmış həvəskar videolarda bir qrup qadın etirazçı hicablarını çıxararaq “diktatora ölüm” qışqırır. Onların Ali dini lider Ayətullah Əli Xameneyini nəzərdə tutduğu güman edilir.

Polis maşınında döyüldüyü deyilir

Polisin etirazçıları dağıtmaq üçün havaya atəş açdığı, gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. İranın qərbində kürdlərin yaşadığı ərazilərdə monitorinq aparan “Hengaw” İnsan Haqları Təşkilatının məlumatına görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib.

Azı 9 etirazçının xəsarət aldığı bildirilir.

Sentyabrın 16-da həkimlər Əmininin beyin fəaliyyətinin dayandığını bildirib. O, xəstəxanaya yerləşdiriləndən sonra komaya düşmüşdü.

Qərbi Kürdüstan vilayətindən Tehrana qohumlarını görməyə gedən Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıb. Onun həbsinin şahidi olanlar jurnalistlərə danışıblar ki, Əmini saxlanma mərkəzinə aparılarkən polis maşınında döyülüb.

Nazirin iddiası

İran polis sentyabrın 19-da Əmininin ölümünü “bədbəxt hadisə” adlandırıb, bunun təkrarlanmasını istəmədiklərini deyib.

Daxili işlər naziri Əhməd Vahidi isə Əmininin daha öncə xəstəliyi olduğunu, hicab polisinin “saxlananları döymək üçün aləti olmadığını” iddia edib.

Hakimiyyətin təhdidinə baxmayaraq, Kürdüstanda, Qərbi Azərbaycan və Əlborz vilayətlərində şirkətlər, dükan sahibləri tətilə çıxıb, mağazalar qapadılıb.

İranda Əxlaq Keşikçiləri getdikcə fəallaşır, zorakı olurlar. Sosial mediada yayılan videolarda polislər qadınları saxlayır, maşınlara mindirərək harasa aparırlar.

1979-cu il İslam İnqilabından sonra İranda qadınların ictimaiyyət arasında hicab taxması məcburidir. Ancaq qadınların çoxu illərdir bu qaydadan yayınır.

XS
SM
MD
LG