Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:34

Prezidentin dediyi «40 min iş yeri» haradadır?


İlham Əliyev, Mehriban Əliyeva
İlham Əliyev, Mehriban Əliyeva

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, yaradıldığı iddia olunan 40 min iş yerinin daimi, yoxsa müvəqqəti xarakter daşımasını söyləmək də vacib idi.

"Biz ilin iki ayında ancaq dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaratmışıq. Nəyə görə? Ona görə ki, işsizlik artmasın, çünki keçən il dövlət investisiyaları azalmışdır, xüsusilə tikinti sektorunda. Bəzi vətəndaşlar işlərini itirmişlər". Bunu martın 18-də Novruz şənliyi ilə bağlı çıxışında prezident İlham Əliyev deyib.

PREZİDENT DEYİR «AÇILIB», STATİSTİKA KOMİTƏSİ «BAĞLANIB»

Dövlət başçısının yeni iş yerlərinin sayı barədə söylədikləri elə rəsmi məlumatlarla bir qədər səsləşmir. Dövlət Statistika Komitəsi yanvar ayında dövlət sektorunda muzdla çalışanların sayının artmadığını, əksinə, 6 min 900 iş yerinin azaldığını açıqlayıb. Bu məntiqlə belə çıxır ki, iş yerləri yanvarda yox, fevralda açılıb.

Buna da bax: Prezident: «Son 10 ildə 1 milyon daimi iş yeri açılıb»

NATİQ CƏFƏRLİ: BUNLAR MÜVƏQQƏTİ İŞ YERLƏRİDİR

Prezident İlham Əliyevin yeni iş yerlərinin yaradılmasına dair fikirlərini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, yaradıldığı iddia olunan 40 min iş yerinin daimi, yoxsa müvəqqəti xarakter daşımasını söyləmək də vacib idi:

«Son vaxtlar regionlarda kənd yollarının çəkilişinə, Bakıda isə «Sovetski» adlanan ərazidə söküntü işlərinə vəsait ayrılır. Güman edirəm ki, bu layihələrə sayını bilmədiyimiz əlavə işçi qüvvəsi cəlb olunub. İstənilən halda bu, daimi və dayanıqlı, iqtisadiyyata əlavə dəyər qatan məşğuliyyət deyil. Başqa bir tərəfdən, büdcə sektorunda yaradılan iş yerləri daxili maliyyə resurslarına əlavə basqı mənbəyinə çevrilir və indiki iqtisadi durumda heç də yaxşı hal sayılmamalıdır».

Buna da bax: Bir ayda 4 min iş yeri bağlanıb​

N. Cəfərli prezidentin elan etdiyi 40 minlik iş yerinin yaradılması fikrinə münasibətdə bu rəqəmin real görünmədiyini, eyni zamanda alternativ statistikanın da olmadığını bildirib.

Hökumət 2016-cı ildə 84 min daimi iş yerinin yaradıldığını, 40 min iş yerininsə bağlandığını açıqlayıb.

XS
SM
MD
LG