Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:24

Oqtay Haqverdiyev: Belə olmaz da


Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

►"Benzinin inanmıram, amma qazın qiyməti qalxa bilər."

“Hökumət iqtisadiyyatda liberallaşmaya getməsə, problemlər daha da kəskinləşək”. Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev elektrik enerjisinin qiymətinin artmasına münasibət bildirərkən belə deyir.

– İşiqpulunun artması gözlənilən idi. Bizdə elektrik enerjisi çox ucuzdur. Sadəcə, əhalinin həyat səviyyəsinin çox aşağı olduğunu bilərək qiyməti ucuz saxlamışdılar. İndi 1 qəpik artırıblar. Su artanda demişdim ki, elektrik enerjisi də qalxmalıdır. Açığı, mən 10 qəpik olacağını gözləyirdim.

– Niyə?

– Bu sistem, “Azərenerji” sistemi borcun içindədir. Boğulurlar. “Azərişıq” yaratdılar, o da dövlətindir. Paylayıcı sistemi özəlləşdirsəydilər, bir neçə şirkətə satsaydılar, rəqabət yaranardı, qiymət də qalxmazdı. Paylayıcılar çoxdan özəlləşdirilməlidir. Bilmirəm niyə uzadırlar? O qədər borcları var, büdcəyə də, xarici banklara da. Böhran ən çox onlardadır.

– Belə çıxır ki, qiymət qaldırmaq yerinə sistem dəyişdirilməlidir?

– Bizdə hər şey dövlətin əlindədir. Belə olmaz da. Belə baxanda nəyimiz var? Neft Şirkəti dövlətindir, “Azərnerji” dövlətindir, “AZAL” dövlətindir... Bircə qalıb ticarət, xidmət, nəqliyyat, o da yarı dövlətindir. Dövlətin rolu idarəetmədə çox böyükdür. Ona görə də iqtisadiyyatda liberallaşmaya getməsələr, problemlər daha da kəskinləşək.

– Suyun, elektrikin qiyməti qalxandan sonra qazın, benzinin qiyməti qalxa bilərmi?

– Benzinin inanmıram, amma qazın qiyməti qalxa bilər.

– Və ümumən bazarda qiymətlər də qalxacaqmı?

– Müəyyən dərəcədə qiymətlər qalxacaq. Bazar hər bir qiymət artımına reaksiyasını verir.

XS
SM
MD
LG