Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:21

Xədicə Amal Clooney-nin onu müdafiə etməsinə razılıq verdi


Xədicə İsmayılova (solda) və Amal Clooney
Xədicə İsmayılova (solda) və Amal Clooney

Tanınmış insan haqları vəkili Amal Clooney Azərbaycanın məhbus jurnalisti Xədicə İsmayılovanı Avropa İnsan Haqları Məhkəməsində müdafiə edəcək

Tanınmış insan haqları vəkili Amal Clooney Azərbaycanın məhbus jurnalisti Xədicə İsmayılovanı Avropa İnsan Haqları Məhkəməsində müdafiə edəcək.

Bu barədə xəbəri Xədicə İsmayılovanın özü təsdiq edib.

Nenad Pejic: Bu, media azadlığının təntənəsidir və mən inanıran ki, onların birləşən gücü qalib gələcək

Suallar doğuran iqtisadi cinayət ittihamları ilə 7 il yarım müddətinə azadlıqdan məhrum edilmiş İsmayılovanın vəkili Fariz Namazlının yanvarın 21-də verdiyi eksklüziv bəyanatda deyildiyinə görə, Xədicə xanım Clooney-nin təklifini, ilk öncə, onun 2014-cü ildə Misirdə həbs edilmiş “əl-Cəzirə” jurnalisti Mohamed Fahmy-ni müdafiə edərkən göstərdiyi cəsarətə görə qəbul edib:

"O, həmin işə cəsarətlə qoşulmuş, qarşıda hansısa uğurun olub-olmadığını düşünməmişdi. Buna görə Xədicə Amalın onun işinə də qoşumasını arzu edir".

Azərbaycanın hökumətyönlü mediasında Amal Kluninin guya erməni olması barədə yalan məlumatlar yayılır.

Vəkilin sözlərinə görə, Xədicənin bu məsələyə münasibəti belədir:

"Xədicə onun etnik məsuliyyəti barədə düşünmür. Xədicə düşünür ki, normal insanlar kiminsə etnik məsuliyyəti barədə suallar vermir. "Haralısan" sualı vermir. Azərbaycanda heç kimə belə sual verməyən Xədicə Amal haqqında da belə suallara ehtiyac görmür."

Vəkilin sözlərinə görə, Xədicə Amal Kluninin "Doğu Perincək işi"ndə Ermənistanın vəkili olması məsələsinin qabardılmasına da münasibət bildirib:

"Xədicə deyir ki, Amal həmin işi uduzsa da, mənim işimi udacaq. Xədicə onu da bildirir ki, qismət olsa, gələcəkdə Amalla görüşəndə ona "erməni soyqırımı" adlandırılan məsələ ilə bağlı daha dolğun məlumatlar verəcək".

Son illərdə WikiLeaks saytının yaradıcısı Julian Assange və Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko kimi şəxsləri müdafiə etmiş xanım Clooney, Xədicə İsmayılovanın işində həmvəkil kimi iştirak edəcək.

“Media azadlığının təntənəsi”

Xədicə İsmayılovanın Azərbaycan hökumətinə qarşı iddiasında bildirilir ki, onun 2014-cü ilin dekabr ayında həbsindən sonra məhkəməyəqədərki dövrdə 9 ay həbsdə saxlanması Avropa İnsan Haqları Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Onun guya keçmiş həmkarını intihara sövq etməsinə dair ilkin ittiham geri götürülsə də, o, həbsdə saxlanıb və bundan sonra ona qarşı mənimsəmə, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. Sentyabr ayında 39 yaşlı İsmayılova Azərbaycan məhkəməsi tərəfindəm 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Amal Clooney əl-Cəzirə müxbiri Mohamed Fahmy-ni də müdafiə edib
Amal Clooney əl-Cəzirə müxbiri Mohamed Fahmy-ni də müdafiə edib

Xədicə İsmayılovaya qarşı hüquqi hərəkət, geniş ictimaiyyət tərəfindən, onun Azərbaycan prezidenti İlham Əliyevin ailəsinin böyük bizneslərlə və mülkiyyət holdinqləri ilə əlaqəsinə dair reportajlarına görə qisas kimi qəbul edilir.

Xədicə İsmayılovanın həbsi və məhkum edilməsi beynəlxalq insan haqları təşkilatları və Avropa İttifaqının üzvləri də daxil, Qərb dövlətləri tərəfindən kəskin tənqid edilir.

"Amal Clooney-nin bu işi üzərinə götürmək qərarı Xədicənin və onun jurnalistikasının çox güclü təsdiqi hesab olunmalıdır” – deyib AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic, - Bu, media azadlığının təntənəsidir və mən inanıran ki, onların birləşən gücü qalib gələcək”.

İqtidarın ənənəvi “erməni” taktikası

Bu həftənin əvvəllərində tanınmış vəkil və Hollywood aktyoru George Clooney-nin xanımı Amal Cooney-nin Xədicə İsmayılovanın hüquqlarını müdafiə etmək niyyətində olduğu barədə xəbər Azərbaycanın dövlətə bağlı mediasında kinayəli şəkildə tənqid olunurdu.

Dövlətə yaxın media qurumlarından biri xanım Clooney-nin Azərbaycana qarşı qərəzli olacağını onunla əsaslandırmağa çalışırdı ki, o, 1915-ci ildə Osmanlı imperiyasında baş vermis qətliamlarla bağlı etnik erməniləri müdafiə edib.

Azərbaycan hakimiyyəti və prezident İlham Əliyev son bir neçə ildə ölkədə insan haqlarının bərbad vəziyyətinə, jurnalist və insan haqları müdafiəçilərinin kütləvi həbslərinə görə beynəlxalq tənqidə məruz qalıb.

Son həftələrdə Azərbaycanın bir sıra regionlarında qlobal neft qiymətlərinin düşməsi ilə bağlı yaranmış çətinliklərlə əlaqədar antihökumət vətəndaş etirazları olub.

XS
SM
MD
LG