Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:26

İsrail prezidenti Ərdoğanın bəyanatlarına cavab verdi


İsrail prezidenti İsaak Herzoq
İsrail prezidenti İsaak Herzoq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da Albaniyada Balkanların ən böyük məscidinin – Tirana Namazgah məscidinin açılışında iştirak edib.

Anadolu agentliyinin məlumatına görə Ərdoğan Türkiyə Dəyanət Vəqfinin iştirakı ilə inşa edilən məscidin açılışında etdiyi nitqdə də Yaxın Şərqdəki vəziyyətə toxunub.

O İsrailin əməliyyatları nəticəsində “50 min günahsız fələstinlinin qətliamından” söz açıb.

Ərdoğan bildirib ki, “İsrail hakimiyyətinin həyata keçirdiyi dövlət terrorunun qarşısında durmaq hər bir vicdanlı şəxsin borcudur”.

Bu arada İsrail prezidenti İsaak Herzoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın bundan əvvəlki bəyanatlarına cavab verib.

Ərdoğan bəyan etmişdi ki, İsrailin Livan və Qəzzadan sonra hədəfi Türkiyə ola bilər.

Ərdoğan: “Növbəti hədəf Türkiyədir”

The Times of Israel qəzeti yazır ki, Herzoq Amerika Yəhudiləri Təşkilatı Prezidentləri Konfransı təşkilatı ilə oktyabrın 10-da Yerusəlimdə keçirilən görüşdə deyib:

“Mən görürəm ki, Türkiyə lideri İsrailin Türkiyəyə qarşı ehtimal olunan planlarından danışıb. Mən bunu aydın şəkildə bildirməliyəm ki, İsrailin Türkiyəyə qarşı heç vaxt planları olmayıb”.

Herzoq deyib ki, “əksinə bizim Türkiyə xalqına böyük ehtiramımız var”:

“Və onların da İsrail xalqına böyük ehtiramı var. Bizim xalqlarımız arasında uzunmüddətli münasibətlər mövcuddur. Xalqların səsi, dostluq və dinc yanaşı yaşamaya qarşı olanların səsindən həmişə üstün olacaq”.

Ötən həftə Ərdoğan demişdi:

“Vəd edilmiş torpaqlar sayıqlaması ilə hərəkət edən İsrail rəhbərliyinin tam bir fanatizmlə Fələstin və Livandan sonra gözünü dikəcəyi yer bizim vətən torpaqlarımız olacaqdır”.

O habelə vurğulamışdı ki, baş nazir Benyamin Netanyahu Türkiyəni işğal etmək xülyaları ilə yaşayır.

Herzoq isə bildirib ki, İsrailin hərbi əməliyyatları “İbrahim oğullarının regionda birgə yaşayışını təmin edəcək tarixi dönüş” olacaq:

“Bizim baxışımız budur. Məhz buna görə də biz şərə qarşı döyüşürük və məhz buna görə də biz Qəzza xalqına, Livan xalqına, İran xalqına fərqli yol və fərqli gələcək təklif edirik”.

XS
SM
MD
LG