Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:28

'Kapital Bank' aktivlərini 900 milyon manat artırıb


Kapital Bank
Kapital Bank

Bankların müflisləşdiyi, ağır zərərə düşdüyü bir dövrdə «Kapital Bank» ASC aktivlərini 904 milyon manat artırdığını, 52 milyon manatdan çox mənfəət qazandığını elan edib.

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan bank bu ilin birinci yarısının maliyyə göstəricilərini açıqlayıb. Hesabata görə, onun faizlər üzrə gəlirləri (132.6 milyon manat) bu qəbildən olan xərclərini 87.7 milyon manat üstələyib. Qeyri-faiz xərcləri (72 milyon manat) isə gəlirlərindən 8.3 milyon manat çox olub.

***Buna da bax-Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var? [araşdırma]

Bank mənfəətinin bir hissəsini – 27.2 milyon manatı yarana biləcək zərərləri ödəmək üçün ehtiyatda saxlayıb. Nəticədə, 11 milyon 455 min manat mənfəət vergisi ödəyəndən sonra bankın səhmdarları 40.7 milyon manat təmiz mənfəət götürə biliblər.

Maliyyə göstəriciləri səhmdarları razı salsa da, kredit böhranı «Kapital Bank» ASC-dən də yan keçməyib. Son 12 ayda onun kredit portfeli (1 milyard 181 milyon manat) dəyişməyib. Bank vəsaitlərinin bir hissəsini (205 milyon manat) dövlət qiymətli kağızlarına yerləşdirməli olub. İyulun əvvəlinə bankın aktivləri 3.2 milyard manata çatır.

***Buna da bax-Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır

Əhalinin və şirkətlərin banklardakı əmanət və depozitləri bu dövrdə 1 milyard 168 milyon manat artıb və iyulun əvvəlinə 2 milyard 332 milyon manata çatıb. Müflis banklardan əmanətlərini geri çəkən vətəndaşların bir hissəsi pulunu möhkəm valyutaya çevirib bu banka yatırır.

«Kapital Bank» ASC ölkə prezidenti İlham Əliyevin qızları – Leyla və Arzu Əliyeva bacılarının Azərbaycandakı çoxsaylı banklarından biridir və «Paşa Holdinq» MMC şirkətlər qrupuna daxildir.

XS
SM
MD
LG