Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:23

Ekspert bahalığın səbəblərindən danışır


Kartof və soğan, Bazar
Kartof və soğan, Bazar

"Əgər, hökumət bazarı tənzimləmək fikrindədirsə, ilk növbədə ucuz məhsul əldə etməyin əsaslarını yaratmalıdır. Bunün üçün kifayət qədər təsir mexanimləri var. Bu, istehsalçıya istehsal prosesində dəstək olmaqdan başlayır”

Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli baş nazir Novruz Məmmmədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişikilik edilməsi ilə bağlı qərarını dəyərləndirərəkən söyləyib.

Ekspert hesab edir ki, faktiki bahalığın bir səbəbi də istehsal olunan məhsulu uzun müddətə saxlamağın mümkün olmamasından irəli gəlir: “Halbuki, çoxsaylı anbarlar var ki, fermerlər bu soyuducu anbarlardan istifadə etməklə məhsul bolluğunu qoruya bilərlər. Amma bu anbarlada saxlama qiymətləri bahadır”.

V.Məhərrəmliyə görə, üstəlik, eneri daşıyıcılrının, suyun, gübrələrin qiyməti bahadır. Ekspert hesab edir ki, göbrələrin keyfiyyəti də ürək açmır: “Belə halda idxaldan asılılıq yaranır. Digər tərəfədnsə hökumətin indiki addımları ilə bazarda sabit qiymət yaratmaq ümumiyyətlə mümükn deyil. Yetişən məhsulu maya dəyərindən aşağı satmağa çalışmaq isə çıxış yolu sayılmaz”.

Aprelin 5-də iqtisadiyyat naziri Şahin Mustafayev də bildirmişdi ki, bəzi kənd təsərrüfatı məhsullarda qiymət bahalığı onları da narahat edir. Nazirin sözlərinə görə, onlar bahalığın qarşısını almaqdan ötrü bəzi tədbilər görəcəklər

Kartof
Kartof

Kartof, soğan və kələm ixracına rüsum tətbiq olundu

Nazirlər Kabineti özünün ik il əvvəl, noyabrın 17-də təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” adlı sənədəinə dəyişikliklər edilib.

Baş nazir Novruz Məmmədovun imzaladığı qərarı bu gün, aprelin 6-da Nazirlər Kabinetinin saytı yayıb.

Qərarla bu il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları gömruk rusumu tətbiq edilir. Həmin qərarın 2-ci bəndində də qeyd edilir ki, mayın 31-dək 1 kq şalot soğanın, ağbaş və qırmızıbaş kələmin ixracına 2 ABŞ dolları gömrük rusumu olacaq.

Xatırlatma

Bu yaxınlarda Azərbaycanda soğanın, kartofun və kələmin qiyməti yüksəlib. Soğanın qiyməti təqribən iki dəfə artıb. İndi bir kq soğan 1 manat 20, 1 manat 50 qəpiyə satılır. Ekspertlər bunu qonşu Türkiyədə bəzi kənd təsərrüfatı məhsullarının qıtlığından sonra bu ölkəyə ixracın artması ilə izah edirdilər.

Kartofun da qiymətində təqribən 50 faiz bahalaşma var. Son bir həftədə kələmin qiyməti isə kəskin bahalaşmışdı. Bir kq kələn 70-90 qəpikdən 2 manata yüksəlmişdi. Amma bu gün, aprelin 6-dan etibarən kələmin qiymətində yenidən müəyyən ucuzlaşma olduğu bildirilir. İndi marketlərdə bir kq kələmin 1 manat 30 qəpiyə satıldığı bildirilir.

XS
SM
MD
LG