Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 14:31

Robert Kocharian: 'O vaxt aprel savaşı yox idi...'


Ermənistanın keçmiş prezidenti Robert Kocharian
Ermənistanın keçmiş prezidenti Robert Kocharian

“Xalq ölkənin siyasi sisteminə "sarı vərəqə" göstərdi”

Ermənistanın keçmiş prezidenti Robert Kocharian AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibə verib

AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibə verən Robert Kocharian Rusiyanın silah satışlarının hərbi tarazlığı pozmasını “narahatlıq doğuran qanqaraldıcı amil” sayıb. Ermənistanın keçmiş prezidenti beynəlxalq təşkilatların Qarabağla bağlı Ermənistana sərfəli sayılmayan qətnamə və hesabatlarını, Azərbaycanın təşəbbüsü ilə Ermənistan qıraqda qoyan yeni regional əməkdaşlıq formatının və "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılmasını da belə amillər sırasında sadalayıb. Onun sözlərinə görə, indi olub-bitənlərin geosiyasi nəticələri uzunmüddətli perspektivdə açıq hiss ediləcək və iqtisadi, beynəlxalq və regional məsələlərdə, eləcə də münaqişəyə dair danışıqlarda Ermənistanın çəkisinə mənfi təsir göstərəcək:

"Hökumət baş verənlərin səbəblərini araşdırmalı, ortaya çıxan sınaqlara duruş gətirmək üçün praktik formul tapmalıdır. Vəziyyətin nizamlanmasına yetərincə vaxtımız olmadığı da gözardı edilməməlidir".

“Azərbaycan... heç eyham da vurmur”

"Bu, ölkənin siyasi sisteminə göstərilmiş "sarı vərəqə" idi... Polis alayı binasının tutulması faktının özü yox, cəmiyyətin bu hərəkətə reaksiyası, kütləvi dəstəyi, küçə və sosial şəbəkələrdə bu aktı gerçəkləşdirənlərin qəhrəmanlaşdırılması narahatlıq doğurur”.

Eks-prezident tərəflərin səlahiyyətli şəxslərinin bəyanatlarından və hökumətyönlü KİV-lərin yazdıqlarından erməni tərəfin güzəştə getməkdən çox danışdığının da üzə çıxdığını bildirib. Kocharian-ın fikrincə, Azərbaycan tərəfi "bizə prinsipial olan məsələlərdə güzəştə getməyə heç eyham da vurmur". Onun sözlərinə görə, Ermənistan və Qarabağda ictimaiyyətin narazılığına səbəb olan bu vəziyyət təslimçi ovqat yarada bilər:

"Prezident olduğum 10 ildə təkcə bir dəfə - Ki-Vestdə doğrudan da sənədin imzalanmasına yaxın idik. Faktik olaraq, imzalama mərasimində Azərbaycanın imtinası ucbatından imzalar atılmadı. Bu, hərtərəfli paket nizamlamasıydı. Onun təməlində DQR-in (tanınmayan “Dağlıq Qarabağ Respublikası” nəzərdə tutulur – red.) Ermənistana birləşdirilməsi dururdu. Bu sənəddə ərazilərin qaytarılması, eləcə də təhlükəsizliyin təmin olunması üzrə kompleks tədbirlərin tətbiqi də nəzərdə tutulurdu".

Buna da bax:​ Bu payız Qarabağla bağlı çox məsələ su üzünə çıxa bilər

Keçmiş prezidentin sözlərinə görə, sonradan ortaya çıxan və Ermənistan üçün qismən əlverişli olan "Madrid prinsipləri", əslində, imzalanmaq üçün deyildi. Vasitəçilər həmin prinsiplərin gələcək sazişin əsasını təşkil edəcəyinə inanırdılar. Ancaq o prinsiplərə söykənən sazişlər heç vaxt imzalanma mərhələsinədək gəlib çatmayıb:

“Danışıqlara gedəndə əmin idik ki...”

"Azərbaycan tərəfi bizə prinsipial olan məsələlərdə güzəştə getməyə heç eyham da vurmur"

"Bütün bunlarla yanaşı, o illərdə ölkə aramsız gəlişirdi. Azərbaycanı həm islahatlar, həm də xarici siyasi fəallıq baxımından geridə qoymuşduq. Danışıqlara gedəndə əmin idik ki, münaqişəni hərbi baxımdan da neytrallaşdırmağa qadirik. Ancaq bunlar 10 il əvvəldə qalıb. Azərbaycanın davranışları, aqressivlik dərəcəsi, etimad səviyyəsi tam başqa idi. O vaxt Budapeştdə erməni zabitinin başını kəsmiş caninin şöhrətləndirilməsi yox idi, aprel savaşı yox idi, barışıqsa qüvvələr balansına dayanırdı. Nəzarətimizdəki ərazilər bu balansın bir hissəsi idi. Görünür ki, "Madrid prinsipləri" öz əvvəlki formasında artıq yeni reallıqlara cavab vermir. İlk növbədə təhlükəsizlik təminatının gücləndirilməsi, referendumun keçiriləcəyi və ərazilərin qaytarılacağı vaxtın dəqiqləşdirilməsi kontekstində bu prinsiplərə yenidən baxılmalıdır. Məsələn, "hərbi tarazlığın bərpası, tərəflər və beynəlxalq ictimaiyyət arasında bu balansın qorunmasına dair, ən azı, 25 il müddətinə bağlanmış möhkəm və nəzarət olunan razılaşmalar" şəklində".

Buna da bax:​ Yerevanda nə baş verir?

Keçmiş prezidentin sözlərinə görə, "DQR"in müstəqilliyi və Ermənistanla ümumi sərhəd sövdələşmə mövzusu olmamalıdır: “Üstəlik, aprel savaşı nizamlamaya yanaşmamızı zəiflətməməli, əksinə, sərtləşdirməlidir, axı gələcəkdə hər hansı güzəştin olması riski artır... Qarşılıqlı etimadın sıfır səviyyəsində olmasını nəzərə alaraq, qeyri-müəyyənlikləri, eləcə də gələcək müqavilənin hər hansı bəndini tərəflərin istədiyi kimi təfsir etmək imkanının önünü kəsmək lazımdır".

“Cəmiyyətdə illərlə toplanan neqativ ovqat...”

"Biz əmin idik ki, münaqişəni hərbi baxımdan da neytrallaşdırmağa qadirik. Ancaq bunlar 10 il əvvəldə qalıb. Azərbaycanın davranışları, aqressivlik dərəcəsi, etimad səviyyəsi tam başqa idi".

Kocharian-ın fikrincə Ermənistanın bugünkü statistikası real iqtisadi durumu əks etdirmir və hökumət artıq ölkənin iqtisadi siyasətini formalaşdırmır. Keçmiş prezident indi sosial şəbəkələri insanların əhvalının və ölkədəki ictimai-siyasi vəziyyətin ən yaxşı göstəricisi sayır. Onun sözlərinə görə, cəmiyyətdə illərlə toplanmış neqativ əhval bu gün son dərəcə kəskinləşib: "Bu isə investisiya fəaliyyəti, istehlakçıların əhvalı, miqrasiya, yəni bütövlükdə iqtisadiyyata təsir etməyə bilməz".

Buna da bax:​ Ermənistanda dövlət çevrilişi, yoxsa güc nümayişi?

Robert Kocharian bu yay Ermənistanda baş vermiş hadisələrə də münasibət bildirib. Onun fikrincə, əhalinin radikal qruplaşmanı dəstəkləməsi insanların hakimiyyətə münasibətini, artıq xroniki hal almış siyasi, iqtisadi və sosial problemlərin ictimai fikrə təsirini göstərir: "Bu, ölkənin siyasi sisteminə göstərilmiş "sarı vərəqə" idi... Polis alayı binasının tutulması faktının özü yox, cəmiyyətin bu hərəkətə reaksiyası, kütləvi dəstəyi, küçə və sosial şəbəkələrdə bu aktı gerçəkləşdirənlərin qəhrəmanlaşdırılması narahatlıq doğurur”.

“Radikal islahatlara ehtiyac var”

Kocharian qeyd edib ki, bu halı görməzdən gəlmək olmaz və bununla bağlı nəsə edilməlidir: "Əks halda ölkə barıt çəlləyinin üstündəymiş kimi yaşayacaq. Radikal islahatlara ehtiyac var. İnsanlar ölkədə dəyişiklik imkanını dövlət idarələrini... tutmaqda yox, siyasi rəqabət və legitim seçkidə görməlidirlər”.

XS
SM
MD
LG