Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:37

Putinin hakimiyyəti ‘qəsb etməsinə’ etiraz bildirilir


Rusiyada yüzlərlə alim, jurnalist və hüquqşünas ölkə Konstitusiyasına düzəlişlərə etiraz bildirən açıq məktub yazıb.

Bu dəyişikliklər indiki prezident Vladimir Putinə daha 16 il hakimiyyətdə qalmaq imkanı verir.

“Exo Moskvı” radiosunun bu məktubu öz saytında dərc etməsindən əvvəl, martın 14-də Putin dəyişiklərin qəbulu üçün layihəni Konstitusiya Məhkəməsinə göndərmişdi.

Məhkəmə gözlənildiyi kimi dəyişikliklərə etiraz etməyib.

Məktubda bu dəyişiklərin əleyhinə üç əsas arqument göstərilir.

Birincisi, dəyişikliklər “Putinin indiyədək olan prezidentlik müddətlərini “sıfırlayır” və ona 2024-cü ildən sonra da prezident olmaq imkanı verir ki, bu da fundamental şəkildə qanunsuzdur, siyasi və etik baxımdan yolverilməzdir”.

Məktubda habelə Konstitusiyanın 3-cü və 8-ci maddələrinə edilən dəyişiklikdən söhbət gedir.

Qeyd olunur ki, bu dəyişikliklər Konstitusiyanın 1-ci və 2-ci fəsli ilə ziddiyyət təşkil edir.

"Çevriliş"

Məktubda deyilir ki, Konstitusiya dəyişikliklərinin qəbulu prosedurunun özü Konstitusiyanı kobud şəkildə pozur.

Məktub müəllifləri yazırlar ki, yaranmış vəziyyət “ölkənin təkamül yolu demokratiya prinsiplərinə və azadlıqlara keçidini sarsıdır və yeni milli narazılıq faciəsinə səbəb ola bilər”.

Bundan əvvəl, ötən yanvarda Novaya Gazeta qəzetində dərc edilmiş Manifestdə Konstitusiya dəyişikliləri “Vladimir Putinin və onun korrupsiyalı rejiminin” hakimiyyətdə saxlanması məqsədilə həyata keçirilmiş “çevriliş” adlandırılırdı.

22 min nəfər tərəfindən imzalanmış həmin petisiyada Rusiya vətəndaşlarına dəyişikliklərin əleyhinə səs vermələri üçün çağırış edilmişdi.

Konstitusiya dəyişikliklərinə ümumxalq səsverməsi aprelin 22-də keçirilməlidir.

XS
SM
MD
LG