Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:25

“Medianı boğan” Azərbaycanda korrupsiya azalmır (İnfoqrafika)


.

YUXARIDAKI ŞƏKLİ VURUB
NFOQRAFİKAYA KEÇİN

Transparency İnternational təşkilatı ənənəvi illik “Korrupsiyanı Qavrama İndeksi 2015” (Corruption Perceptions Index 2015) hesabatını açıqlayıb.

Yeni hesabatda son illərdə ilk dəfə olaraq korrupsiyanın cilovlanması istiqamətində ümid işartılarının qeydə alındığı bildirilir.

Bu reytinqdə dünya ölkələrində qavranılan korrupsiyanın dərəcəsi 0 balla 100 bal arasında qiymətləndirilib. 0 bal ən korrupsiyalı, 100 bal isə “ən təmiz” ölkənin göstəricisidir.

Ötən ilin reytinq cədvəlinə 168 ölkə daxil edilib. Ümumilikdə, 168 ölkənin üçdə ikisində korrupsiyanın göstəricisi 50-dən aşağı olub.

Bu isə o deməkdir ki, ötən il ilk dəfə olaraq korrupsiyanın azalmasına baxmayaraq, o bütün dünyada kifayət qədər güclü olaraq qalır.

Hesabatda deyilir ki, böyük korrupsiya yüksək hakimiyyətdən sui-istifadə edən azlığı çoxluğun hesabına varlandırır və çox vaxt da cəzasız qalır.

Transparency İnternational bu il də korrupsiya və rüşvətlə mübarizəyə cəmiyyətləri və kütlələri dəvət edir.

Bu il Transparency International adamları korrupsiyaya qarşı mübarizənin bir vasitəsi kimi unmaskthecorrupt.org saytında səs verməyə çağrıb.

Qafqazın “korrupsiya çempionu”

Bu hesabatda Azərbaycanın adı xüsusi olaraq çəkilir. Azərbaycan sənədin Avropa və Mərkəzi Asiya bölümündə “yaxşı” və “pis” fəsillərindən “pis”ə düşüb.

Bu hissədə Macarıstan, Polşa və Türkiyədəki vəziyyətin pis olduğu bildirilir, lakin vəziyyətin Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda daha bərbad olduğu deyilir.

Azərbaycanda vətəndaş cəmiyyəti və azad media nəinki məhdudlaşdırılıb, bəlkə hətta boğulma dərəcəsinə çatdırılıb

Hesabatda bildirilir ki, bu ölkələrdə korrupsiyanın qarşısını alan iki silah - vətəndaş cəmiyyəti və azad media nəinki məhdudlaşdırılıb, bəlkə hətta boğulma dərəcəsinə çatdırılıb.

Azərbaycan 2014-cü ilin indeksində 126-cı yeri tutmuşdusa, 2015-in nəticələrinə görə 119-cu pillədə qərar tutub. Lakin nəzərə alınmalıdır ki, ötən ilin indeksinə 175 ölkə daxil edilmişdisə, builki reytinq cədvəlində 168 ölkə var.

Azərbaycan Qafqazda “korrupsiya çempionu” olaraq qalır.

Ermənistan 2015-ci ilin göstəricilərinə görə 95-ci yerdədir. Gürcüstan 48-ci pillədədir. Bu da qeyd olunmalıdır ki, Gürcüstan İtaliya, Macarıstan, Yunanıstan, Rumıniya kimi Avropa ölkələrini geridə buraxıb.

Səudiyyə və Monqolustanda nəyi qavrayıblar?

Danimarka artıq ikinci ildir ki, dünyanın ən təmiz ölkəsi olub. Korrupsiya cədvəlində son iki ölkə Şimali Koreya və Somali olublar.

Hesabatda deyilir ki, Korrusiyanın Qavranması İndeksində ilk yerləri tutan ölkələr bir qayda olaraq medianın yüksək azadlığı, məhkəmələrin ədalətliliyi ilə seçilirlər.

Danimarkanın ardıca ilk beşlyə Finlandiya, İsveç, yeni Zelandiya və Hollandiya daxil olublar.

Bu indeksdə Avropanın aparıcı iqtisadiyyatları sayılan Almaniya və Britaniya onuncu yeri bölüşürlər. Fransa 23-cü yerdədir.

Korrupsiyaya qarşı mübarizədə media azadlığının rolunu ən yaxşı əks etdirən Monqolustandır. Monqolustan bir il ərzində indeksdə 10 pillə qalxaraq 72-ci ola bilib. Maraqlıdır ki, bu ölkə Freedom House təşkilatının “azadlıq xəritəsində” azad olmayan Asiyada “azadlıq adası” kimi görünür.

Hesabatda korrupsiya ilə mübarizə işinə görə təriflənən daha bir ölkə Səudiyyə Ərəbistanıdır. Səudiyyə Gürcüstanla 48-ci yeri bölüşür.

Hesabatda deyilir ki, Səudiyyədə korrupsiyanın investisiya və inkişafa vurduğu zərbələri dərk etməyə başlayıblar.

XS
SM
MD
LG