Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:58

ABŞ kovid vaksinlərini yeniləyir


Kovid vaksinləri
Kovid vaksinləri

Dünən – sentyabrın 11-də ABŞ-da COVID-19 vaksinlərinin yenilənmiş variantları təsdiqlənib. Məqsəd son koronavirus variantlarına qarşı qorumanı gücləndirmək, payız-qış aylarında yoluxmalarda kəskin artımı önləməkdir.

Ərzaq və Dərman Administrasiyasının (FDA) qərarı ilə Moderna və Pfizer – BioNTech şirkətlərinin ən yeni peyvəndləri hətta koronavirusa qarşı heç vaxt peyvənd olunmayan amerikalılara təklif olunur. Ancaq hələ bir addım da qalır: Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) də qərarı təsdiqləməlidir. CDC bu gün yenilənmiş dozalara ən çox kimin ehtiyacı olması haqda tövsiyələrini açıqlamalıdır. Artıq bu həftənin sonuna vaksinasiyalar başlana, eyni vaxtda həm COVID-19, həm də qrip vaksinləri vurula bilər.

Tanınmış həkim COVID statistikasını 'mənasız' adlandırdı: 'Heç bir təhlükə yoxdur'
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

“Novavax” vaksin şirkəti yenilənmiş dozasının hələlik, FDA tərəfindən nəzərdən keçirildiyini bildirib.

“AP” yazır ki, yayın sonundan ABŞ-da COVID-19 hospitalizasiyaları artsa da, əvvəlki vaksinasiya və yoluxmalar sayəsində ötən ilin eyni dövründən azdır.

Amma məsələ bundadır ki, qoruma getdikcə zəifləyir, koronavirus isə immunitetdən yayınaraq yeni variantlar əmələ gətirir. Peyvəndlər bir ildir yenilənib, yetkin yaşlıların cəmi 20 faizə qədər həmin yenilənmiş variantı vurdurub.

XS
SM
MD
LG