Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:43

Krımla Xersonun dəmiryolu əlaqəsinin kəsildiyi deyilir


Ukrayna hərbçiləri Donetskdə
Ukrayna hərbçiləri Donetskdə

Ukrayna ordusunun avqustun 3-də səhər yaydığı məlumata görə, Xerson vilayəti hədəfə alınır, ötən gecə ərazidə Rusiyanın bir neçə mövqeyi vurulub, qarşı tərəf itki verib

Ukraynanın Rusiya sursat qatarına zərbəsi nəticəsində Moskvanın tutduğu Xerson vilayətilə ilhaq etdiyi Krım arasında dəmiryolu əlaqəsini dağıldığı bildirilir. Məlumatı Britaniya kəşfiyyatı avqustun 3-də yayıb. Kiyev isə qərb silahlarının verilməsinə baxmayaraq, şərqdə hərbi vəziyyətin “cəhənnəm”ə bənzədiyini deyir.

“Zəif nöqtə”

Britaniya Müdafiə Nazirliyi gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, ukraynalıların dəmiryoluna vurduğu ziyanın tezliklə aradan qaldırılması mümkündür, ancaq bu xətt Rusiya qüvvələri, onların Krımdan Xersona logistik təchizat marşrutu üçün “zəif nöqtə” kimi qalacaq.

Ukrayna qüvvələri Dnepr çayı üzərindəki Antonovski körpüsünü vurandan sonra Rusiya Xersondakı qüvvələrinin yenidən təchizatında onsuz da çətinliklərlə üzləşib. Britaniya kəşfiyyatı hazırda əsgərlərin yerdəyişməsinin və logistik təchizatın bərələrlə həyata keçirildiyini bildirir.

Kəşfiyyat qaçan dinc sakinlərin Xersonda nəqliyyat marşrutlarına təzyiqi artıracağını vurğulayır.

Ukrayna ordusunun avqustun 3-də səhər yaydığı məlumata görə, Xerson vilayəti hədəfə alınır, ötən gecə ərazidə Rusiyanın bir neçə mövqeyi vurulub, qarşı tərəf itki verib.

Məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

“Cəhənnəmin özü”

Şərqi Donbas regionunda döyüş vəziyyəti “cəhənnəm” kimidir, ABŞ-ın müasir artilleriya sistemləri verməsinə baxmayaraq, Kiyev qüvvələri Rusiyanın ağır silahlar və canlı heyət üstünlüyünü dəf edə bilməyiblər. Bunu isə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, avqustun 2-də gecə müraciətində qeyd edib ki, “döyüşdə, xüsusilə Donbasda” balanssızlıq çox hiss olunur. “Ora cəhənnəmin özüdür. Bunu hətta sözlərlə təsvir etmək mümkün deyil”, – o vurğulayıb.

Prezident HIMARS uzaqmənzilli raket sistemlərinin Ukrayna üçün ədalət sözünün “demək olar sinonimi”nə çevrildiyini deyib. Zelenskinin sözlərinə görə, “Ukraynanın müdafiəçiləri bu çox effektli sistemlərin sayəsində işğalçıların hər həftə daha və daha çox ağrılı itki verməsi üçün hər şeyi edəcək”.

Qərb silahları Ukrayna savaşında vəziyyəti dəyişir
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

HIMARS sistemlərini ABŞ göndərib. Ağ ev avqustun 1-də yeni hərbi yardım paketinə sistemlər üçün əlavə sursatın daxil olacağını, bu sistemlərin “döyüş zonasında fərq yaratdığını” bəyan edib.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu fevralın sonunda Ukraynada müharibə başlayandan altı ABŞ istehsalı HIMARS sistemlərinin məhv edildiyini desə də, Pentaqon bunu təkzib edib.

XS
SM
MD
LG