Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:26

Həbsdəki bloqqerin özünü asdığı deyilir


Kürdəxanı həbsxanası
Kürdəxanı həbsxanası

Dünən, aprelin 28-i Kürdəxanıdakı1 saylı istintaq təcridxanasında intihar hadisəsi baş verdiyi bildirilir.

Onun üzvü olduğu Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı bildirib ki, bu gün, aprelin 29-da Mehman Qələndarovun cəsədi Sabunçu rayonundakı xəstəxananın morquna gətirilib.

“Səhər tezdən təcridxanada onunla görüşməli idik. Mənə zəng edib onun rəhmətə getdiyini dedilər. Özüm morqa getdim, onun üzünü açdırdım, baxdım. Boğazındakı kəndir izini, bədənindəki zədələri, tikişləri öz gözlərimlə gördüm. Bacısının həyat yoldaşı onun cəsədini morqdan götürdü”, Q.Muxtarlı bildirib.

M.Qələndərovun bacısı Mərziyyə Qələndərova da qardaşının intihar etdiyi haqda xəbər aldıqlarını bildirib. O, intihar olayının səbəbləri barədə bilgilərinin olmadığını söyləyib.

Bu bar'd' "Amerikanın səsi" radiosu da məlumat yayıb.

"Amerikanın səsi" yazır ki, Mehman Qələndərovun bacısı Mərziyyə xanım qardaşının intihar etdiyini onlara təsdiq edib.

Amma Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən deyilənləri Amerikanın Səs-nə təkzib ediblər.

Xidmətdən “Mehman Qələndərovla bağlı yayılmış məlumatlar tam yanlış və yalandır. Mehman Qələndərov sağ-salamatdır”, deyə bildiriblər.

Onun dostlarından Qələndar Muxtarlı da özünün facebook səhifəsində yazıb ki, “Mehman Qələndərov intihar etdi. Sabunçu morqundan yola saldıq”.

Fevral ayının əvvəlində narkotika ittihamı irəli sürülmüş M.Qələndərovun barəsində Nəsimi rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Həmin müddət mayın əvvəlində başa çatacaqmış.

Mehman Qələndərovun adı hüquq müdafiə təşkilatlarının tərtib etdiyi “siyasi məhbus ” siyahısına daxil edilmişdi.

O, fevralda həbs olunmuşdu.

Yerli hüquq müdafiə təşkilatlarının tərtib etdiyi hesabatda bildirilir ki, M.Qəhrəmanov qurma ittihamlarla həbs olunub. Narkotika ittihamı irəli sürülsə də, onu əslində, sosial şəbəkələrdəki fəallığına görə həbs ediblər.

M.Qələndərov həbs edilməzdən əvvəl facebook-da “heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimli və Bayram Məmmədovu müdafiə edən yazılar, “Hamımız Qiyas olaq!”, “Qiyas ol, dost ol, vətəni xilas edək !” şüarlar paylaşmışdı.

Mehman Qələndərov 1977-ci ildə anadan olub, Bakı Dövlət Universitetinin sosial – psixologiya fakultəsini bitirib.

O, müstəqil namizəd olaraq 2005– i ildə Milli Məclisə keçirilən seçkilərdə 26 saylı Sabunçu Seçki Dairəsindən deputatlığa namizəd də olub.

Mehman Qələndərov ötən il Tblisidə Azərbaycandakı siyasi məhbus sayılan şəxslərlə bağlı keçirilmiş etiraz aksiyalarının da iştirakçısı olmuşdu.

İndi bir çoxları siyasi fəallın intihar etməsinə inanmır. Bəzi hüquqşünaslar bildirirlər ki, hətta O, intihar edibsə belə, bununla bağlı cinayət işi açılmalıdır.

XS
SM
MD
LG