200-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barents dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmansk-ın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-ın da 2 atom sualtı qayığı təlimi izləyirdi.
Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil.
gəmi pəri
154 metr
18.2 metr
- 98,000 at gücü
- Sürəti - su üzərində: 33.3 km/saat, su altında (52 km/saat)
- Fasiləsiz xidmət müddəti: 120 gün
- İş dərinliyi: 420 metr
- Maksimum dərinlik: 500 metr
İki nüvə reaktoru
Standart heyət: 130
24 P-700 Granit gəmi əleyhinə raket
24 Skhval torpedoları
533 mm-lik dörd torpedo buraxıcısı və
iki ədəd də 650 mm-lik buraxıcı
Partlayış zamanı torpedo buraxıcılarının suyadavamlı qapıları açıq olub. Nəticədə də atom sualtı qayığının 9 bölümündən ikisi qopub. Partlayışda yeddi nəfər həlak oldu, 36 nəfər yaralandı. Heyət gəminin yardım siqnallarını işə sala bilmədi.
Təlim zamanı avqustun 12-də Kursk su üzərindəki şərti hədəf gəmilərinə təlim üçün nəzərdə tutulan Qranit gəmi əleyhinə raket buraxdı.
Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub. Burada isə mis materialları ilə zəncirvari reaksiya yaranıb və partlayış meydana gəlib.
Seysmoqraflarda birinci partlayış 1.5-2.2 bal gücündə qeydə alınıb.
Partlayış sualtı qayığın gövdəsini zədələyib. Bu da təxminən 1 000 dərinlikdə sualtında təzyiqin yaranması deməkdir. Qayığın ikinci və dördüncü bölmələri saniyədə 90 000 litr su ilə dolmağa başlayıb. Bu ərazidə olan bütün heyət üzvləri həlak olub. Amma nüvə reaktorlarının yerləşdiyi bölmə bu partlayışdan zədələnməyib.
Seysmoqraflarda ikinci partlayışın gücü 3.5-4.4 bal gücündə qeydə alınıb.
İki partlayışdan sonra gəmi heyətindən 23 nəfər sağ alıb. Onlar qayığın doqquzuncu bölməsinə sığınıblar. Bu bölmədə qayığın ikinci yanğın çıxışı yerləşirdi. Burada suyun 100 metr dərinliyində onlar bir-bir qayığı tərk edə bilərdilər. Amma onlar qayığı tərk etmək əvəzinə xilasedici gəminin gəlməsini gözlədilər. Az sonra qayığın ehtiyat enerji təminatı və reaktorları söndü. Qayığın içərisində havanın hərarəti düşməyə başladı. Xilasedicilər qəzalı qayığın sağ qalmış heyət üzvləri ilə əlaqə qura bilmədilər.
1
2
gəmi pəri
154 м
18.2 м
- 98,000 at gücü
- Sürət – su üzərində: 33.3 km/saat, su altında: 52 km/saat
- Fasiləsiz xidmət müddəti: 120 gün
- İşləyə bildiyi dərinlik: 420 metr
- Maksimum dərinlik: 500 metr
i
i
i
i
1
2
2
1
2
1
2
15 avqust 2000-ci il
Hərbi dəniz donanması xilasetmə əməliyyatlarının başlandığını elan etdi. Sualtı qayığın batdığı əraziyə 20-ə yaxın gəmi cəlb edildi. Amma tufan əməliyyata mane olurdu.

Qəzalı gəminin heyətinin xilas ediləcəyinə ümid az idi. Rusiya mediası qayığa su dolduğunu yazırdı.
108 metr
18 avqust 2000-ci il
İlk dəfə xilasedicilər sualtı qayığa endilər. Su altında onların qəzalı qayığa yaxınlaşmaları çətin idi. Avqustun 20-də Norveç və Britaniya gəmiləri də xilasetmə əməliyyatlarına qoşuldular.
21 avqust 2000-ci il
Təxminən saat 1-də xilasedicilər qəzalı qayığın qəza çıxışlarından birinin daxili və xarici qapılarını aça bildilər. Rusiya mediası içəridə Britaniya sualtı qayığına məxsus hissələr tapıldığını bildirsələr də Britaniya bu məlumatları təkzib etdi.

Qəza çıxışının yaxınlığında qayıqda həlak olmuş dənizçilərdən birinin meyidi tapıldı. Axşam saat 5-də Rusiya hərbi dəniz donanması Kursk sualtı qayığındakı bütün heyət üzvlərinin həlak olduğunu elan etdi. Xilasetmə işləri dayandırıldı, amma qəzalı qayıq kamera müşahidəsi altına alındı.
Kursk qayığının partlamış uc hissəsindən başqa bütün gövdəsi sudan çıxarıldı.

Qayıq 2001-ci il oktyabrın 8-də Murmansk yaxınlığındakı tərsanəyə gətirildi. Onun partlayışda dağılmış uc hissəsi xüsusi robotların köməyi ilə kəsildi.
Qayıdakı 118 nəfərdən 115-nin cəsədinin qalıqları müəyyən edilərək Rusiyada dəfn olundu. Amma qayığın torpedo bölməsindəki 3 dənizçinin cəsədinin qalıqlarını tanımaq mümkün olmadı.
Ölü sayı
0
Partlayış
Xilasetmə
Norway
Sweden
Finland
Russia
KURSK
Kursk faciəsi

Rusiyanın ən müasir sualtı qayıqlarından hesab edilən Kursk 2000-ci il avqustun 12-də 2 partlayışdan sonra batdı. Hadisədə 118 nəfər heyət üzvü həlak oldu. Bu hadisə necə baş vermişdi, 15 il əvvəl aparılan xilasetmə işləri necə həyata keçirlmişdi?
Mənbə: mmspektrum.com, akademon.cz, wikipedie.cz, military.cz, ru.wikipedia.org, http://www.eliteday.com