Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:32

1 milyardın 340 milyonu hanı?


Samir Şərifov
Samir Şərifov

►Özəlləşdirmə gəlirləri, hələ ki, azalmaqdadır

Maliyyə naziri Samir Şərifov bu il özəlləşdirmənin dövlət büdcəsinə 100 milyon manat qazandıracağını söyləmişdi. Amma ilin 3-cü ayına qədəm qoyulsa da, nəyin nə vaxt satılacağı haqda bir heç bir açıqlama verilməyib.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) hərraca çıxardığı müəssisə və obyektlərin təhlili göstərir ki, özəlləşdirmə elə aram-aram və öz axarı ilə gedir. Yenə, əvvəlki kimi, dövlət müəssisələrindəki işlənmiş avtomobillər, ticarət və xidmət obyektləri, qeyri-yaşayış sahələri təklif olunur. Sənaye müəssisələrinə gəlincə, ilboyu onlardan 5-i satıla, ya yox.

Beynəlxalq məsləhətçilərin kimliyi açıqlanmır

Komitənin mətbuat katibi Qulu Xəlilov AzadlıqRadiosuna yeni heç nə deyə bilməyib. Yüz milyon manata satıla biləcək müəssisələrin necə seçiləcəyi, komitəyə bu işdə kömək edəcək beynəlxalq məsləhətçilərin kimliyi də açıqlanmır.

Maraqlıdır ki, ƏMDK iki ildir ki, özəlləşdirmədən daxilolmaların həcm və strukturunu ictimaiyyətdən gizli saxlayır. Bu azmış kimi, əvvəlki illərə dair statistik məlumatlar da komitənin məlumat resursundan yığışdırılıb.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirməsindən dövlət büdcəsinə daxil olan vəsaitlər 2014-cü ildə 32,2 milyon manat, 2015-ci ildə isə 24,1 milyon manat olub.

2008-ci ildən bəri özəlləşdirmədən gəlirlər ilbəil azalır. Həmin il dövlət mülkiyyətinin satışından büdcəyə 106 milyon manat daxil olmuşdu.

2013-cü ildə ƏMDK özəlləşdirmədən rəsmən 35 milyon 274 min manat götürmüşdü.

Bir milyardın 340 milyonu hanı?

ƏMDK sədrinin müavini bu illərdə özəlləşdirmədən götürülən 1 milyard manat gəlirdən söz açsa da, rəsmi məlumatlar bunu təsdiqləmir.

ƏMDK-nın hesabatlarına görə, 2000-2013-cü illərdə özəlləşdirmədən 533,8 milyon manat əldə edilib. Buraya “kiçik özəlləşdirmə”dən gəlirlər, investisiya müsabiqələri qaliblərinin “bonusları”, torpaq satışından əladə olunan vəsait və başqa mənbələrdən daxilolmalar aiddir.

Komitənin Azərbaycanda özəlləşdirmənin 10 illiyi münasibətilə hazırladığı hesabatda isə 1995-2005-ci illərdə 182 milyon manat gəlirin olduğu açıqlanıb. Bütün hallarda özəlləşdirmədən dövlət büdcəsinə daxil olan vəsait 660 milyon manatı ötmür. Komitə rəsmisinin iddia etdiyi məbləğdən – 1 milyarddan yerdə qalan 340 milyon manatın mənbəyi qaranlıq qalır.

“Büdcə sistemi haqqında” qanuna görə, özəlləşdirmədən əldə olunan vəsaitlər büdcə kəsirinin örtülməsinə yönəldilir.

XS
SM
MD
LG