Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:40

Əlində Ukrayna əsgərinin kəlləsi ilə çıxış edən rusiyalı ölüb


Manquşev əlində, onun öz sözlərinə görə Ukraynada Azovstalın müdafiəçisi olan əsgərin kəllə sümüyü ilə səhnədən çıxış etməsi ilə hay-küyə səbəb olmuşdu
Manquşev əlində, onun öz sözlərinə görə Ukraynada Azovstalın müdafiəçisi olan əsgərin kəllə sümüyü ilə səhnədən çıxış etməsi ilə hay-küyə səbəb olmuşdu

Siyasi texnoloq və Rusiya ordusunun zabiti İqor Manquşev fevralın 4-də Ukraynanın Luhansk vilayətində başından ağır yaralandıqdan sonra xəstəxanada vəfat edib.

Manquşev əlində, onun öz sözlərinə görə Ukraynada Azovstalın müdafiəçisi olan əsgərin kəllə sümüyü ilə səhnədən çıxış etməsi ilə hay-küyə səbəb olmuşdu.

Bu barədə məlumatı Rusiyanın dövlət RIA Novosti agentliyinə onun dostu Akim Apaçev verib.

Apaçevin sözlərinə görə o bugünlərdə xəstəxanada Manquşevə baş çəkmişdi. O deyib ki, Manquşev dərin koma vəziyyətində idi və sağ qalacağına ümid yoxdu.

Naməlum şəraitdə

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Manquşev naməlum şəraitdə yaralanmışdı.

MİG teleqram-kanalının məlumatına görə hadisə Luhansk vilayətinin Rusiyanın nəzarətindəki Staxanovo məntəqəsində, yoxlama-buraxılış postunda baş verib.

Məlumatda deyilir ki, Manquşevin başına yaxın məsafədən atəş açılıb.

Ona kimin və nə səbəbə atəş açdığı məlum deyil.

Həmin çıxış

Manquşevin əlində kəllə sümüyü ilə lovğa çıxışının videosu ötən ilin avqustunda yayılmışdı.

Manquşev həmin çıxışında deyirdi ki, Rusiya yenə də “antirusiya Ukraynası ideyası” ilə mübarizə aparır.

O bildirirdi ki, belə ideyanın bütün daşıyıcıları öldürülməlidir.

O habelə demişdi ki, buna görə hələ nə qədər Ukrayna əsgərinin öldürülməli olduğu onu maraqlandırmır.

Manquşev deyidi ki, əlindəki kəllə sümüyü Mariupol şəhərinə hücum zamanı öldürülmüş Ukrayna əsgərinə aiddir. Bu iddia hələ ki, yoxlanmayıb.

Bu videounun yayılmasından sonra Ukrayna rəsmən BMT-yə müraciət etmişdi.

Priqojinin yaxın adamı

Rusiya mediaları Manquşevi E.N.O.T (rusca vahid xalq icmaları yoldaşlığı) özəl hərbi şirkətinin əsasını qoyanlardan biri kimi təqdim edirlər.

Onun habelə Wagner özəl hərbi şirkətinin banisi, “Putinin aşpazı” ayaması ilə tanınan oliqarx Yevgeni Priqojinə yaxın olduğu deyilirdi.

E.N.O.T qruplaşmasının üzvləri 2014-cü ildə Ukraynanın şərqində, daha sonra isə Suriyada döyüşüblər. Onlar habelə Krımın ilhaqında iştirak ediblər.

Amma indi teleqram-kanallar Manquşevi Rusiya ordusunun kapitanı kimi təqdim edirlər.

Amma o özünü qondarma “Luhansk xalq respublikası” milisinin dronlarla mübarizə bölümünün komandiri kimi təqdim edirdi.

XS
SM
MD
LG