Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:54

Ukrayna hakimiyyəti: separatçılar hərbçilərə hücum edir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, prezident Petro Poroshenkonun göstərişi ilə iyunun 20-dən 27-dək Ukrayna silahlı qüvvələri, Milli Qvardiyası, sərhədçilər və Daxili İşlər Nazirliyinin bölmələri atəşi birtərəfli qaydada dayandırıb.

Ancaq məlumatda iyunun 22-nə keçən gecə qanunsuz silahlı birləşmələr Donetskdə hərbçilərin mövqeyini 11 dəfə atəşə tutulduğu bildirilib.


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

20:52 14.6.2014

QRAD QURĞULARI



Bu silahlar son illərin bütün hərbi münaqişələrinin əsas atributlarından biridir. Əfqanıstdanda, Afrikada, Qarabağda, Çeçenistanda, Gürcüstanda şəhər və kəndləri yerlə yeksan edir, kütləvi insan tələfatı doğurur. İyunun 13-də Donetsk vilayətinin Dobropolye şəhərində separatçıların gözlənilmədən işə saldığı bu qurğunun məhv edildiyi bildirlir. Bir mənbə deyir ki, yaraqlılar özləri onu minalayıb aradan çıxıblar. Başqa mənbə isə Qradın cavab atəşi ilə məhv olunduğunu iddia edir. Luqanskdan fərqli olaraq burada Ukraynalıların bəxti gətirib - Qraddan istifadə edən adamlar nişanı səhv götürdüklərindən raketlər Ukrayna təhlükəsizlik qüvvələrinin nəzarət postundan xeyli aralı, tərəvəz bazasına düşüb. Dobropolye əsas münaqişə nöqtələrindən kənardadır, separatçılar bu qurğunu hardan ələ keçirib, maneəsiz olaraq Dobropolyeyə necə gəliblər? Məlum deyil. Ukrayna tərəfi sanki Rusiyanı ifşa etmək üçün bu qurğuların Rusiyaya məxsus olmasını sübut edən fotolar yayır. Amma Rusiyanın münaqişədəki iştirakını heç Donbass yaraqlılarının özləri də inkar etmirlər.


Rusiya isə öz növbəsində Ukraynanı ittiham edir. İddia edirlər ki, Ukrayna zirehli tenikası Rusiyanın sərhəddini pozub. Bu hadisəni çəkən Ukrayna jurnalisti, Hromadska TV-nin əməkdaşını isə nədənsə həbs ediblər. Onun reportajında görürük ki, Rusiya hərbçiləri Ukrayna bayraqlı BMP-ni nəzərdən keçririlər, BMP-də heç kim yoxdur. BMP orada nə gəzir, həmin ərazi kimə məxsusdur, Ukraynaya, yoxsa Rusiyaya? Bu suallara cavab verəcək jurnalistin işi hərbçilər tərəfindən dayandırılıb.
21:30 14.6.2014

UKRAYNA-RUSİYA MÜNQAİŞƏSİNİN ƏSAS SƏBƏBİ


Bu videodakı maşın kortejinin Ukrayna prezidentinə məxsus olduğu bildirlir. Soruşmaq olar ki, onun ölkənin şərqindəki hərbi münaqişəyə nə aidiyyatı? Xatırlayırsınızsa, Ukraynanın problemləri Ruisyayönlü ittifaq əvəzinə Avropaya yaxınlaşmağı seçəndən sonra başladı. Bu seçim isə müəyyən mənada prezidentinə görə öz vətəndaşını avtomobil tıxaclarında saxlayan sitemlə, sfetofor qarşısında hamını eyni edən siyasi üstüqurum arasındakı seçim idi. Ukraynalıların bu qərarı Volvo ilə Lada arasında edilən seçim kimi təbii olduğu qədər, bəşəriyyət tarixinə həm də Kalaşnikov avtomatlarının vətəni kimi düşən Rusiyanın reaskiyası da bir aksiomdur.
22:16 14.6.2014

Luqanskda vurulan Ukrayna təyyarəsinin qalıqları

Luqanskda vurulan Ukrayna təyyarəsinin qalıqları
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

İyunun 14-ə keçən gecə separatçı yaraqlıların raketlə vurduqları təyyarə Luqansk ətrafında Novoqradovka kəndinin yaxınlığında yerə düşərək yanıb. Onun qalıqları 100 metrə yaxın bir zolağa səpələnib. Bu əraziyə qondarma Luqansk respublikası ordusunun silahlıları nəzarət edir. 49 hərbçinin həlak olduğu bu hadisə ilə bağlı iyunun 15-də Ukraynada matəm elan olunub. (Reuters)

22:52 14.6.2014

SOSİAL ŞƏBƏKƏDƏ HƏYƏCAN TƏBİLİ




Sosial şəbəkədə yayılan bu müraciətdə bildirlir ki, Donetsk vilayətinin Avdeyevka şəhərində yerləşən hərbi hissənin zabiti oğurlanıb. Komandirə telefonla hədələr daxil olub. Hərbi hissə isə mühasirəyə alınır. Xəbəri hərbi komassarlığın əməkdaşı yayıb.

Ukrayna böhranında birinci dəfə deyil ki, münaqişə tərəfləri sosial mediadan bu yolla istifadə edirlər. Müraciəti şərh edənlərdən bzəiləri təəccüblənirlər, axı niyə Ukrayna hərbçiləri ordu rəhbərliyinə müraciət etmirlər?

Həqiqətən də tez-tez belə bir fikir səslənir ki, antiterror əməliyyatlarının qızğın çağında daxili işlər naziri Arsen Avakov Facebookda şərh yazmağa vaxt tapırsa, əməliyyatların uğursuzqluqlarına təəccüblənmək lazım gəlmir. Bu fikrin əleyhinə olanlar isə hesab edirlər ki, Rusiyanın apardığı informasiya müharibəsinin ən yaxşı cavabını elə sosial mediada vermək olar.

Hər halda, bizim bloqlarda da xəbərləri yoxlamaq üçün şəbəkədə yayılan müxtəlif statusları, video və fotoları tutuşdurmaq lazım gəlir.

Davamı

XS
SM
MD
LG