Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:36

Problemlər Kürdəbaz kəndində məktəb ləğv ediləndən sonra başladı


Masallıda məktəb bağlanır, valideynlər etiraza qalxır
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Masallıda məktəb bağlanır, valideynlər etiraza qalxır [video]

Masallı Rayon Kürdəbaz kənd sakini Səxavət Əhmədov bildirib ki, onu icra hakimiyyəti başçısının ərazi nümayəndəsi Sübhan Zalıyev məhkəməyə verib.

Bu ildən Kürdəbaz kəndində məktəb ləğv edilib. Həmin kəndin uşaqları qonşu Qarğalıq kəndinin məktəbinə göndərilib. Bu il sentyabrın 15-i, ilk dərs günü bu kənddə narazılıqla qarşılanıb.

S.Əhmədov deyib ki, ölkə rəhbərliyinin diqqətini bu məsələyə cəlb etməkdən ötrü kənd sakinləri sentyabrın 15-də məktəbə əklil qoymaq (məktəb Qarabağ döyüşlərində həlak olan bir kənd sakininin adını daşıyırdı), video-çəkiliş aparmaq qərarına gəliblər:

Buna da bax: Masallıda məktəb bağlanır, valideynlər etiraza qalxır

“Amma sentyabrın 15-də kənddə post quruldu, polislər gətirildi və heç kəsi kənd məktəbinə tərəf getməyə qoymadılar. Polislərə deyiblər ki, guya məktəbi yandırmaq istəyirik . Həmin məktəb binası isə 1989-cü ildə kənd sakinlərinin vəsaiti ilə tikilib. Öz məktəbimizi niyə yandırmalı idik? Bunu anlamırıq?”

“Məktəbi yararsız hala salırdılar ki, sonra binanı rahat uçura bilsinlər”

S.Əhmədov deyib ki, oktyabr ayında axşam məktəbin həyətində adamlar görüb, yaxınlaşıblar. Onun deməsinə görə, həmin adamlardan biri ərazi nümayəndəsi S.Zalıyev olub:

“Dedim nə edirsiniz, işıqları niyə yandırmırsınız, cavab vermədilər. Bütün olanları da telefonuma çəkmişəm, sonra da internet vasitəsilə yaymışam. Məktəbi yararsız hala salırdılar ki, sonra binanı rahat uçura bilsinlər”.

Buna da bax: Cənub zonasında daha bir məktəb qapadılıb

İcra nümayəndəsi S.Zalıyev isə polisə şikayət edib ki, S.Əhmədov onun şəxsiyyətini təhqir edib:

“Mən də videonu göstərdim ki, görün vəziyyət nədən ibarətdir...Bundan sonra məni məhkəməyə verdi. Noyabrın 2-də Masallı Rayon Məhkəməsində bu işə baxıldı. Hakim S.Zalıyevin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı iddiasını əsassız saydı”, – deyə Səxavət Əhmədov bildirib.

Bundan sonra ərazi nümayəndəsi apelyasiya şikayəti verib. Noyabrın 27-də apellyasiya şikayətinə baxılacaq.

Buna da bax: Masallınin bir kəndində “Bilik günü” olmayıb...

"Məhkəmə ayırd edəcək - kimin günahı var”

Kənd icra nümayəndəsi Sübhan Zalıyev isə S.Əhmədovun onu təhqir etdiyini deyir:

"Məhkəmə ayırd edəcək kimin günahı var. Məktəbə getmişdik, dayısı var, hücum ediblər bizə, söyüblər bizi. Təhsil şöbəsinin müavini, inspektoru orada idi. Şikayət edib məndən Daxili İşlər Nazirliyinə. Guya mən məktəbi yandırmaq istəmişəm. Sübut eləsin ki, məktəbi harda yandırmışam?"

Buba da bax:

Bir ildir təmirdən çıxmış məktəb
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

XS
SM
MD
LG