Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:33

Deputat Mehman Hüseynovun videosu haqda danışır


Mehman Huseynov
Mehman Huseynov

-

"Məni bütün el-oba tanıyır. Siyəzəndə deyildim, dünən axşam gəlmişəm. Videoya çəkib yazıblar ki, evi var. Adamın evi olar da... Mənin 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki, sənin nə icazən var mənim evimi çəkirsən, kimdən icazə alıb çəkirsən?"

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

*Youtube Kanalımıza abunə ol və hər gün yeni videolar izlə

O, Siyəzən rayonunda yerləşən evinin yaxınlığındakı məsciddə azan verilməsinə qadağa qoyması barədə deyilənlərə belə cavab verib:

"Deyir guya mən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla demək olar? Məgər biz müsəlman, azərbaycanlı deyilik? Azan veriləndə mən onun səsini ana laylası kimi eşidirəm, qəbul edirəm. Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir mənim başım çıxmır?! İnsan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki, ay bala kimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə bir material hazırlamısan? Sən "azan xoşuna gəlmir, azanı susdurub" deməklə mənim inancıma, dini əqidəmə də xələl gətirirsən. Hər bir azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa o azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini mən aparıram. İndi camaat da təəccüb edir ki, bu nə yazıdır?".

Həmçinin oxu: Mehman Hüseynov: 'Əminiydilər ki, villanı çəkməmişəm'

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilmiş Tahir Süleymanov Mehman Hüseynov haqda belə deyib: "Bu videonu çəkən adam nə danışır?! Biz insanlara xidmət edirik".

Deputat deyir ki, barəsində hazırlanan video sifarişdir:

"Təbii ki, bu, sifarişdir. Başqa nə ola bilər ki!? Kimə istinadla deyə bilərlər ki, mənim azan səsindən xoşum gəlmir. Elə bir müsəlman ola bilərmi ki, azan səsi xoşuna gəlməsin? Bizim muğamımız da, "Quran"ımız da azandan əmələ gəlib. Azandan kimin xoşu gəlməyə bilər?! İnsan qələmi əlinə alıb yazanda bu dərəcə vicdansızlıq edərmi, bu dərəcədə vicdansızlıq ola bilərmi?! Necə ola bilər ki, bizim evin yanındakı məsciddə azan verilməsin? Məsciddə bir dəqiqə də azanla bağlı problem olmayıb, vaxtlı-vaxtında azan verilir, insanlar azan səsinə durub namaz qılırlar".

Mehman Hüseynov isə belə deyirdi:

Mehman Hüseynov: “Əminiydilər ki, villanı çəkməmişəm”
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

XS
SM
MD
LG