Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:28

Modul məktəb gözləyənlər


Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər.
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər

Prezident İlham Əliyev sentyabrın 19-da Azərbaycanda modul tipli təhsil müəssisələrinin quraşdırılmasının davam etdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda 15 yeni belə təhsil müəssisələrinin quraşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb. Həmin məktəblərin Kürdəmir, Şamaxı, Ağstafa, Daşkəsən, Goranboy, Şəmkir, Xaçmaz, Qusar, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarının kəndlərində tikilməsi nəzərdə tutulur.

Bu ilin may ayında da digər bölgələr üçün eyni məqsədlə 5 milyon manat ayrılmışdı.

Modul tipli məktəblərin inşasına Azərbaycanda 2016-cı ildən başlanıb, amma bəzi kəndlərdə məktəblərin olmaması ilə bağlı şikayətlər kəsilmir.

Ölkədə hər dörd məktəbdən biri qəzalıdır
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Sərəncamda yer almayanlar…

Astara rayonun Səlivə kəndində yaşayan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, məktəbin olmamasından onlar da əziyyət çəkirlər. Həmin şikayətçilərin sözlərinə görə, kəndin yolları da bərbad olduğundan uşaqları avtobusla başqa kəndlərdəki məktəblərə apara bilmirlər: "Bizə ən yaxın kənd – Deqədi kəndi 4 kilometrlik məsafədə yerləşir. Bu səbəbdən də uşaqlar təhsildən geri qalır".

Elm və Təhsil Nazirliyindən isə "Turan"a bildirilib ki, bu ilin sonuna kimi 61 məktəbin tikilməsi planlaşdırılır, həmin məktəblərdən 30-u modul tiplidir.

Nazirlikdən qeyd olunub ki, son 20 ildə Azərbaycanda 3 min 600 yeni məktəb tikilib və ya əsaslı təmir edilib: "2021-2022-ci tədris ilində Təhsil Nazirliyinin sifarişi ilə Bakıda 7, regionlarda 48 məktəb və məktəbdənkənar təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb. 2021-ci ilin sonunda 69 təhsil müəssisəsi, o cümlədən 37 məktəb, 1 peşə liseyi və 31 modul tipli məktəb təhvil verilib. Onlardan 29-u yeni tikilib, 8-i əsaslı təmir olunub".

Astara rayonunda da…

Astara rayonuna gəlincə, bildirilib ki, təkcə 2019-cu ildə rayonun kəndlərində beş modul tipli məktəblər quraşdırılıb: "Bu proses hazırda davam edir. Bu il Astara rayonunun Diqo kəndində 56 nəfərlik modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub".

K.Əsədov
K.Əsədov

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, hazırda ölkədə 4 min 432 orta ümumtəhsil məktəb var: "Onların 4 mindən çoxu regionların payına düşür. Ölkə ərazisində 1.6 milyondan çox şagird təhsil alır".

"300 məktəb qəzalı vəziyyətindədir"

Ekspert qeyd edib ki, hazırda 300-ə yaxın məktəb qəzalı vəziyyətindədir: "Orada təmir işləri aparılmalıdır".

Modul tipli məktəblərə gəlincə, ekspert deyir ki, həmin təhsil müəssisələri şagirdlərin sayının çox olmadığı yerlərdə inşa olunur: "100-ə qədər şagird sayı varsa və ərazinin relyefi çətindirsə, orada modul tipli məktəb quraşdırılır. Həmin məktəblərin tikintisi qısa – bir, maksimum iki ay ərzində aparılır və ucuz başa gəlir".

"Problem başqadır”

K.Əsədovun sözlərinə görə, modul tipli məktəblərin quraşdırıldığı yerlərdə təhsil keyfiyyətinin göstəriciləri artıb: "Dövlət hətta 50 min modul tipli məktəb tikə bilər. Amma burada problem başqadır. Həmin o relyefi çətin olan, balaca kəndlərə müəllim göndərmək olmur, ixtisaslı mütəxəssis yoxdur. Hətta Bakıda elə məktəb var ki, sentyabrın 20-i olmasına baxmayaraq orada bəzi müəllim yoxdur".

Onun fikrincə, belə olan halda 10-15 şagirdi olan hər kənddə məktəb tikməkdənsə, üç-dörd kəndin ortaq bir yerində bir məktəb tikmək və ora müəllim göndərmək daha uyğundur.

XS
SM
MD
LG