Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:21

Müəllimlərin ancaq yarısının maaşının artacağı gözlənir


Müəllimlər imtahana etiraz edir: 'Sertifikasiya əzbərçilikdən başqa bir şey deyil'
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Müəllimlər imtahana etiraz edir: 'Sertifikasiya əzbərçilikdən başqa bir şey deyil'

Bugünlərdə Azərbaycanda məktəb direktorlarının və müəllimlərin maaşlarına artımlar edilir. Direktorların maaşları məktəbin şagird sayından, müəllimlərin isə sertifikasiya imtahanının nəticəsindən asılı olaraq artırılır.

Elm və Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, bu islahat - maaşlara diferensial əlavələr çox böyük bir hadisədir: "İndiyə qədər tətbiq olunan məsələlərin içində bu, bir ilkdir".

Maaşların artım səviyyəsi…

Nazirlikdən vurğulanıb ki, sertifikasiya imtahanı zamanı 60 sualdan 30-na düzgün cavab verən müəllimlərin vəzifə maaşları 10 faiz artacaq: "Keçid bal 30-dur. 30-40 suala düzgün cavab verən müəllimlərin maaşlarına 10 faiz, 60 sualın 50-nə düzgün cavab verən müəllimlərin isə vəzifə maaşlarına 35 faiz əlavə ödəmələr olacaq".

'Qul bazarı'nda işləməyə məcbur olan müəllim
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Məktəb direktorları və direktor müavinlərinin maaşlarına əlavələrə gəlincə, nazirlikdən təsdiq ediblər ki, bu, təhsilalanların sayından asılı olacaq: "Məsələn, təhsilalanların sayı 500-dən 700-dək olan məktəblərin direktorlarının maaşlarına 600, müavinlərin maaşlarına 200 manat əlavə olunacaq. 2 min 500-dən çox təhsilalanların olduğu məktəblərin direktorlarının maaşlarına isə 1 min 500, müavinlərin maaşlarına isə 500 manat artım nəzərdə tutulur".

Cəmi 68 min müəllimə…

Nazirlikdən əlavə olunub ki, bütün bu proseslər tamamilə şəffaf olacaq: "Ümumtəhsil məktəblərində sertifikasiya 2026-cı ilə qədər 137 min müəllimi əhatə edəcək və nəticəsi yaxşı olan 68 min müəllimə diferensial əməkhaqqı tətbiq ediləcək. Bu, həmin müəllimlərin həyat səviyyəsini daha da yaxşılaşdıracaq".

N.Qulamov
N.Qulamov

Təhsil məsələləri üzrə ekspert Nəbatəli Qulamov isə AzadlıqRadiosuna bildirib ki, müəllimlərin maaşlarını sertifikasiya imtahanından asılı etmək tamamilə qanunlara uyğun deyil. Onun fikrincə, müəllimin savadlı olması heç də onun keyfiyyətli təhsil verməsi anlamına gəlmir: "Müəllimin savadlı olması imkan yaradır ki, o, normal tədris etsin. Amma müəllim o savaddan istifadə edə bilmirsə, bu tədris nəyə lazımdır? Müəllimin savadı ilə yanaşı, tədris bacarığı da olmalıdır".

"Təhsil monopoliyadadır"

N.Qulamov hesab edir ki, Azərbaycanda təhsildə maliyyələşdirmə siyasəti doğru aparılmır: "Çünki təhsildə rəqabət yoxdur. Təhsil dövlət monopoliyasındadır, özəl təhsil müəssisələri isə məmurların monopoliyasındadır. Dövlət monopoliyasında olan təhsil müəssisələrinə pul ayrılır, amma dərs keçmirlər".

Məmurlar niyə müəllim və həkimlərdən çox maaş alır? Sosial ədalət varmı?
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Onun sözlərinə görə, məhz təhsildə keyfiyyətin aşağı olması üzündən valideynlər uşaqlarına repetitor tutur: "Əgər, doğrudan da, təhsildə rəqabət yaratmaq istəyirlərsə, özəl sektora geniş meydan versinlər, monopoliyanı yığışdırsınlar, tanınmış müəllimlərə şərait yaratsınlar, onlara özəl məktəblər üçün yer, maliyyə qaynağı versinlər".

N.Qulamov deyir ki, yeni artım müəllimlərin sosial vəziyyətinə ciddi təsir göstərməyəcək.

Ekspertlər xatırladırlar ki, Azərbaycanda müəllimlərin əməkhaqqısı nəinki bir çox qabaqcıl, hətta bəzi qonşu ölkələrlə də müqayisədə aşağıdır.

XS
SM
MD
LG