Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:47

“Mühəmməd”, yoxsa “Məhəmməd”? Uşaq adsız qalıb


Elnur İsayev oğlu ilə
Elnur İsayev oğlu ilə

►“Bunun sənədlərini rus dilinə tərcümə edəndə “Məhəmməd” sözü “Maqomed” kimi yazılacaq, ancaq “Mühəmməd” elə “Muxammad” kimi tərcümə olunacaq”

"– 3 aydır uşağım adsız qalıb. Gedirəm ASAN xidmətə, “deyirəm uşağıma bu adı yazdırmaq istəyirəm, deyirlər olmaz”. Özləri adlar təklif edirlər

– Uşağınıza hansı adı vermək istəyirsiniz?

– Mühəmməd."

3 aydır ki, Elnur İsayevin oğul övladı dünyaya gəlib. Elə təxminən də o qədər vaxtdır ki, ata övladına seçdiyi adı sənədləşdirə bilmir. Nəticədə körpə adsız qalıb. Ata AzadlıqRadiosuna səbəbindən danışır:

“YA BU AD OLACAQ...”

“5 saylı ASAN xidmətin əməkdaşları dirəşiblər ki, “uşağına başqa ad qoy”, mən də dirəşmişəm ki, “ya bu ad olacaq, ya da uşağım adsız qalacaq”. Mən onların övladına ad qoymuram ki... Mən uşağımın gələcəyini planlayıb ona gələcəkdə problem yaratmayacaq bir ad qoyuram. ASAN xidmətdəkinin ürəyi mənim uşağıma məndən çox yanacaq? Deyir, “uşağa Mühəmməd adı yazdırmaq olmaz. Onu ya Məhəmməd yazdır, ya da başqa ad fikirləş””.

​Elnur İsayev Rusiyada yaşayır. Deyir, övladına Məhəmməd yox, məhz Muhəmməd adını da elə belə seçməyib:

“Bu ad uşağa xələl gətirmirsə, onu gülüş hədəfinə çevirmirsə, niyə övladıma bu adı qoymayım? Mən Bakıya müvəqqəti gəlmişəm. Sabah-birigün Rusiyaya qayıdacam, orda uşağıma gələcəkdə sənəd düzəldəndə problemlər çıxacaq. Bunun sənədlərini rus dilinə tərcümə edəndə “Məhəmməd” sözü “Maqomed” kimi yazılacaq, ancaq “Muhəmməd” elə “Muxammad” kimi tərcümə olunacaq. Bizim ASAN xidmətlərdə işləyənlər ya doğrudan savadsızdılar, ya da qəsdən adamların əsəbləri ilə oynayırlar. Bunlara bir dəfə tapşırıq verilib, elə bilirlər hansı ad xoşlarına gəlmədi, vətəndaş da bunlarla razılaşmalıdır”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

"BÜROKRATİK ƏNGƏL"

Hüquqşünas Vaqif Alıyev deyir, “Mühəmməd” adı Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən qoyulması qadağan olunan adların siyahısında yoxdur:

“Əgər uşağa qoyulan ad gələcəkdə onun cəmiyyət tərəfindən hədəfə çevrilməsinə səbəb olmayacaqsa, o adın qoyulmasına maneçilik, sadəcə, bürokratik əngəldir. Vətəndaş əvvəl Nazirlər Kabinetinin müvafiq komissiyasına müraciət edə, aldığı cavabdan narazı qalarsa məhkəmədə iddia qaldıra bilər”.

Nazirlər Kabineti Yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya açıqlamasında deyib ki, əvvəllər insanlar komissiyanın fəaliyyəti barədə az məlumatlı idilərsə, indi daha çox müraciətlər edirlər. Hər gün komissiyaya müxtəlif ad və soyadlarla bağlı müraciətlərin daxil olduğunu deyən Sadıqova qeyd edib ki, onların arasında meyvə, bitki adların qoyulması ilə bağlı müraciətlər üstünlük təşkil edib.

5 saylı ASAN Xidmətdənsə gün ərzində “Qaynar Xətt”in suallarını cavablandıran olmayıb.

Buna da bax: İpoteka şərtləri çətinləşir

İpoteka şərtləri çətinləşir
Gözlə

No media source currently available

0:00 0:05:36 0:00

XS
SM
MD
LG