Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:51

Azərbaycanlı fəal komaya girərsə, özünə gəlməyə bilər


Aclıq edən Murtaza Muradpur. dek.2016
Aclıq edən Murtaza Muradpur. dek.2016

Azərbaycanlı fəal Murtaza Muradpur artıq 63-cü gündür aclıq edir.

Qardaşı Fərdin Muradpurun AzadlıqRadiosu-na verdiyi məlumata görə, təxminən 30 kiloqram çəki itirən Murtaza güclə ayağa durur və dekabrın 26-da onunla görüşə də divardan tuta-tuta, zorla gəlib: “Yeriyəndə, mən qollarına girirdim. Başında ağrılar var, gözləri qaralır. Təzyiqi çox aşağıdır: 80-nin 40-a. Doktor nəbzini dinləyib, qəlb atışları da çox zəifdir - 59-60-dır. Bu da o deməkdir ki, hər an bayıla və komaya girə bilər. Bu durumda komaya girərsə, özünə gəlməmə ehtimalı da var. Həkim onun ölümlə həyatın sərhədində durduğunu deyir”.

Fərdin Muradpur qardaşının artıq mədəsindən safra (sarımtıl maye) gəldiyini deyir: “Bir neçə həkimlə danışdım. Onların sözünə görə, bu qaraciyərin və öd kisəsinin çox ciddi ziyan görməsindən xəbər verir. Bu durum sürərsə, 2-3 günə mədəsindən qanaxma başlaya və onun komaya girməsinə səbəb ola bilər”.

Buna da bax:​ O taylı yazıç dünya P.E.N təşkilatına yazır: 'İranda 30 milyondan çox türkün bircə qəzeti yoxdur'

“Səbəbini biz də anlamırıq”

İran İslam Respublikası Cəza qanunlarının 134-cü maddəsinə görə, Murtaza Muradpur cəzasının bir hissəsini çəkdiyindən, azadlığa buraxıla bilər. “Ancaq İran hökuməti onu özgür buraxmaq istəmir”, - qardaşı deyir və sözünü bitirir: “Səbəbini biz də başa düşmürük”.

Murtaza Muradpur da həbsdən çıxmaq tələbiylə aclığa başlayıb.

Qardaşı son görüşlərində ondan aksiyanı dayandırmasını istəyib, ancaq o, yenə də razılaşmayıb: “O, niyyətindən dönən deyil, geri addım atmaq istəmir”.

“Onu himayə etməliyik”

Anası Məsumə Əmani də oğlunun aksiyanı dayandırmasını istəyib: “Amma bizi dinləmədi. Biz də onu bu durumda himayə etməliyik”.

Buna da bax:​ Ettelaat gənc azərbaycanlı fəaldan niyə əl çəkmir?

Fərdin Muradpur beynəlxalq qurumların bu duruma əl qoyaraq orta yol tapacağına ümid bəsləyir.

Ötən həftəsonu Murtaza Muradpurun buraxılması tələbiylə daha bir etiraz aksiyası keçirilib. Bu zaman 9 nəfər saxlanılıb.

Murtaza Muradpur ilk dəfə 2009-cu il mayın 22-də Təbrizdə Urmiyə gölünün qurumasına və ana dilində təhsilin yasaqlanmasına etiraz yürüşlərində həbs edilmişdi. Onunla bərabər qardaşı Fərdin Muradpuru da tutmuşdular. O vaxt Murtuzaya yarım ildən sonra 3 il həbs cəzası kəsilmişdi.

Ötən il mayın 18-də o, yenidən həbs edilib.

XS
SM
MD
LG