►Prezidentin fərmanına zidd olaraq...
İl başlanandan bəri Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iki investisiya müsabiqəsi elan edib.
Komitə rəsmiləri bildiriblər ki, indən belə bu metod özəlləşdirmənin əsas aləti olacaq.
Di gəl, son bir ilin təcrübəsi həmin özəlləşdirmə üsulundan qeyri-şəffaf istifadə olunduğunu təsdiqləyir.
Beş müsabiqə - tək qalib
ƏMDK ötənilki investisiya müsabiqələrində 5 müəssisənin öz səhmlərini satdığını bildirir. AzadlıqRadiosu bunlardan 4-nün adını dəqiqləşdirib.
Avqustda “Lənkəran Çay-3” ASC səhmlərinin 99,94 faizini müsabiqə yoluyla satıb. Müsabiqəyə qatılan 2 iddiaçıdan biri ilə müqavilə bağlanıb. Amma Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları”na zidd olaraq, dövlət büdcəsinə ödəniləcək vəsait haqqında (70 min manat) yanlış məlumat verilib. Səhmləri almış şəxsin adı, onun müsəəsisəni “ayağa qaldırmaq” üçün yatıracağı sərmayə gizli qalıb.
Yola saldığımız ildə ƏMDK “Salyan Elektrik Qaynaq Avadanlıqları” ASC-nin səhmlərinin 99,83; “Ağdaş Pambıq” ASC-nin 30,03; “Şahdağ Mehmanxana” ASC-nin səhmlərininsə 100 faizini adı açıqlanmayan şəxslərə satıb.
Büdcəyə ödəniləcək vəsait, yatırılacaq sərmayənin məbləği də naməlum qalır. Amma şərtlərə görə, bu üç müəssisənin səhmləri üçün investorlar dövlət büdcəsinə, ən azı, 335 min manat ödəməli idilər.
______________________________________________________________
Bunlara da bax:
-
Akif Çovdarovun həbs müddəti artırıldı
-
“Azərbaycan ölkə kimi yox, neft şirkəti kimi idarə olunub”
-
Çində meymun əməyi- [Fotolar]
______________________________________________________________
Yarımçıq məlumatlar
Qaydalara görə, müsabiqə komissiyası səhmləri satışa çıxarılan səhmdar cəmiyyətinin yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililər haqqında məlumatı investorlara verməlidir. Amma bilinməyən səbəblərdən bu tipli məlumatlar, illərdir, qapalı saxlanır. Müsabiqə elanındasa cəmiyyətin səhmlərinin buraxılması haqqında bilgilərin emissiya prospektində əks etdirildiyi yazılıb.
Qaydalara görə, alqı-satqı müqaviləsi imzalanandan sonra ƏMDK, ən geci, 15 günə müsabiqənin nəticələri haqqında KİV-də məlumat dərc etdirməlidir. Amma komitə bu tələbi heç də hər zaman gözləmir.
Pulsuz işçilər
Dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı 2-ci Dövlət Proqramı müəssisələrin əmək kollektivlərinə səhmlərin 15 faizini almaqda üstünlük hüququ verib. Müşahidələrsə göstərir ki, son zamanlar onlar səhmlərin heç 1 faizini də ala bilmirlər. Məsələn, “Lənkəran Çay-3” ASC-nin 7 işçisi adama 3 manat vəsait yatırıb 15 mindən çox səhmi ala bilərdilər. Amma ya pulsuzluqdan, ya da məlumatsızlıqdan cəmi 91 manat ödəməklə 65 ədəd səhm əldə ediblər.
Buna da bax: Çində meymun əməyi (Fotolar)