Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:34

Prokurorluq Natiq Cəfərlinin İlqar Məmmədovun köməyi ilə qrant aldığını bildirir


Natiq Cəfərli polis maşınında aparılarkən- [video]
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Natiq Cəfərli polis maşınında aparılarkən- [video]

Natiq Cəfərlinin vəkili Baş Prokurorluğu təkzib edir

“Natiq Cəfərlinin vergi fəaliyyətini bundan əvvəl vergi orqanları yoxlayıb. Ona əsassız olaraq 456 manat vergidən yayınma, təqribən o qədər də maliyyə sanskiyası tətbiq olunub. Həmin məbləğ artıq ödənilib”.

Vəkil Cavad Cavadov Baş Prokurorluğun REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsi ilə bağlı açıqlamasını şərh edərkən belə deyib.

Vəkil prokurorluğun açıqlamasında göstərilən xüsusatlar üzrə N.Cəfərliyə qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu qeyd edib. Vəkilə görə, prokurorluğun açıqlaması ilk növbədə təqsirsizlik prezumpsiyasının pozulmasıdır.

“Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) maddəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçib. Həmin maddənin əvvəlki, eləcə də hazırda qüvvədə olan redaksiyada mətni Natiq Cəfərlinin bu maddə ilə cinayət msuliyyətinə cəlb edilməsini istisna edir. Cinayət Məcəlləsinini 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdığında) maddəsi ilə bağlıı isə ümumiyyətlə danışmağa dəyməz”, vəkil əlavə edib.

***

*Youtube Kanalımızda yeni videolar var - Abunə ol, hər gün izlə

PROKURORLUQDAN İTTİHAMLAR

Respublika Prokurorluğu avqustun 15-də yaydığı rəsmi açıqlamada qeyd edir ki, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli aldığı qrant məbləğlərini qeydiyyata saldırmayıb, bu qrant müqavilələrini dostu, bu hərəkartın hazırda həbsdə olan rəhbəri İlqar Məmmədovun köməyi ilə alıb.

Prokurorluğun mətbuat xidmətindən yayılan rəsmi məlumatda deyilir:

“Natiq Cəfərov( Natiq Cəfərli) iş üzrə verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini təsdiq edib. Habelə, ayrılmış qrant vəsaitini dostu, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.

Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib. Dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında Maliyyə, Vergilər nazirlikləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb.”

Buna da baxın: Bəxtiyar Hacıyev: 'Bölmədə yumruq atır, paltarımı dartıb cırırdılar'

"QHT İŞİ" HƏLƏ DAVAM EDİR

Prokurorluq yerli və xarici QHT-lərin işi üzrə zəruri istintaq əməliyyatlarının davam etdirildiyini qeyd edir.

Prokurorluğun məlumatında qeyd edilir ki, Natiq Cəfərli 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun həyata keçirdiyi layihələrə ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun 94.565 dollar ayrıldığı bildirilir.

Prokurorluq qeyd edir ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqla məşğul olmaqla 71.334 manat məbləğində qanunsuz gəlir əldə edib.

Buna da baxın: Natiq Cəfərli həbs edildi [reportaj, videolar]

Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıa bilər.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib. REAL hərəkatı Natiq Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyat olduğunu bildirir.

XS
SM
MD
LG