Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:38

NATO-Rusiya görüşü ilə bağlı alyans rəhbərindən təklif var


NATO və Rusiyanın bayraqları, ümumi
NATO və Rusiyanın bayraqları, ümumi

Alyansın baş katibi Yens Stoltenberq NATO Şurasının Rusiya ilə ilk iclasınının yanvarın ortalarına təyin olunmasını təklif edib.

Bu barədə Almaniyanın dpa agentliyi beynəlxalq təşkilatın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Cümə günü Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə görüşə dəvəti açıqlayıb.

Sonuncu dəfə bu formatda danışıqlar 2019-cu ilin iyulunda aparılıb. Agentliyin yazdığına görə, bundan sonra belə bir görüşün keçirilməsi üçün bütün cəhdlər uğursuzluğa düçar olub.

Oktyabr ayında Rusiya alyansdakı missiyasını və NATO-nun Moskvadakı informasiya bürosununun fəaliyyətini dayandırıb. Kremlin sözçüsü Dmitri Peskov eyni ayda Rusiyanın təşkilatla münasibətlərin normallaşdırılması ehtimalına artıq inanmadığını bildirib.

Noyabrda Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyindən Qərb ölkələrindən təhlükəsizlik zəmanəti almağı tələb edib.

Dekabrın 17-də nazirlik NATO ilə bağlı tələblərini dərc edib: Moskva öz qoşunlarını Ukrayna sərhəddi yaxınlığındakı təlimlərdən geri çəkmək üçün ittifaqdan təşkilatın şərqdə genişlənməməsi, Ukraynanın NATO-ya qoşulmayacağına zəmanət istəyir.

NATO baş katibi artıq bəyan edib ki, digər ölkələrin alyansa üzvlüyü ilə bağlı tələblərdən bəziləri həyata keçirilə bilməz.

“Financial Times” ittifaqa üzv ölkələrin diplomatlarına istinadən yazır ki, NATO rəsmiləri Rusiyanın tələbləri çərçivəsində müzakirə mövzusu tapmaqda çətinlik çəkirlər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da öz növbəsində bəyan edib ki, əgər orada təhlükəsizlik təminatları müzakirə olunmasa, Rusiya sammitdə iştirak etməyəcək.

Rusiya və Ukrayna sərhədində vəziyyətin gərginləşməsi fonunda mümkün danışıqlar hazırlanır. Çoxsaylı kütləvi informasiya vasitələrin yazdığına görə, Qərb ölkələrinin kəşfiyyat orqanları Moskvanın ölkəyə genişmiqyaslı işğala hazırlaşdığı barədə xəbərdarlıq edirlər. Rusiya isə müharibəyə hazırlığı qəti şəkildə inkar edir.

XS
SM
MD
LG