Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:27

Nazir müavini: 'Azərbaycanda 'boz' əməkhaqları var'


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanda qeyri-leqal məşğulluq və “boz” əməkhaqları olduğunu deyib.

Bu günlərdə Beynəlxalq Əmək Təşkilatının 2016-2017-ci illərə aid Əmək Haqları üzrə Qlobal Hesabatının təqdimatında çıxış edən yüksək vəzifəli məmur bildirib ki, bir sıra işə götürənlər “boz” əmək haqlarından istifadəyə davam edir, işçilərin əmək hüquqlarını və sosial hüquqlarını pozur.

Buna da bax:​ 'İkili mühasibat ölkəsi'

“Təəssüf ki, muzdlu işçilər bu şərtlərlə razılaşır, bununla gələcək sosial təminatın bütün formalarından məhrum olduqlarını başa düşmürlər”, - o, bildirib.

Ekspertlərin fikrincə, təqdim olunan məlumatlar Azərbaycanda “boz” iqtisadiyyatın miqyasına, büdcədən yayınan böyük məbləğlərə dəlalət edir. Bir neçə il əvvəl elektron əmək müqavilələrinin bağlanması sistemi tətbiq edilib. Onlar hesab edirlər ki, mahiyyətcə bu sistem qeyri-formal əmək münasibətləri problemini həll etməli idi. Amma bu, baş verməyib.

İkili mühasibat və vergilərdən yayınma cinayətdir

Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, qanunda ikili mühasibat və vergilərdən yayınmaya görə, cinayət məsuliyyəti nəzərdə tutulub.

Buna da bax: Səlim Müslümov iş yerləri və yoxsulluq haqda son rəqəmləri açıqladı

Sahib Məmmədov
Sahib Məmmədov

“Amma təcrübədə bu qanun işləmir. Buna görə işə götürənlər mühasibat sənədlərində real əmək haqlarını göstərmək yerinə, nəzarət orqanlarından yayınıb, cərimə ödəməyə üstünlük verirlər”.

Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin direktoru Nəriman Ağayev da iddia edir ki, təkcə özəl sektorda işləyənlər deyil, dövlət qurumlarının əməkdaşları da zərflərdə əmək haqqı alır.

Dövlət qulluqçuları qeyri-rəsmi əlavə ödənişlər alırlarsa, bu rüşvətdir

“Dövlət qulluqçuları hər ay qeyri-rəsmi əlavə ödənişlər alırlarsa, bu, ya avadanlıq alınması, layihələrin həyata keçirilməsi üçün ayrılmış büdcə vəsaitlərinin bir hissəsinin mənimsənilməsi, ya da rüşvətdir”, – o, bildirib.

Buna da bax:​ Ünvanlı sosial yardımın kəsilməsi haqqında məlumatlar var... [video]

Ekspert Əkrəm Həsənov da hesab edir ki, “zərfdə əmək haqqı” vergilərdən yayınmağın müxtəlif sxemlərindən, biznesə təzyiqdən, iqtisadiyyatın kriminallaşmasından xəbər verir.

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

İqtisadiyyat leqallaşdırılmalıdır

“Bu gün, demək olar ki, hər iki işə götürəndən biri əməkdaşlarının əmək haqlarını vergilərdən gizlədir. Bəs, nə qədər Azərbaycan vətəndaşı vergi orqanlarının görmədiyi pullar alır? Bunu real olaraq heç kim bilmir. Bir çox işə götürənlər “boz” əmək haqqı təcrübəsini tətbiq edərək, sosial ödənişlərə, təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı xərclərə qənaət edirlər. Nəticədə işçi nəinki bir sıra mühüm sosial hüquqlarından, həm də onların bərpası uğrunda mübarizə aparmaq imkanından məhrum olur”, – deyə Həsənov vurğulayır.

Buna da bax:​ Maaş yenə qonşu ölkələrdəkinə çatmır

Bəs vəziyyətdən çıxış yolu nədir?

Ekspertlər hesab edirlər ki, ilk növbədə iqtisadiyyatı leqallaşdırmaq və azad iqtisadiyyata keçmək gərəkdir. Daha sonra işə götürənlərin vergi yükünü azaltmaq, sahibkarların vergi xidmətlərinə və icra hakimiyyətinə xərac verməsi təcrübəsinə son qoyulmalıdır.

XS
SM
MD
LG