Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:30

Birjalar çökür, neft enir, rubl ucuzlaşır…


Nyu York birjası (Foto arxivdəndir)
Nyu York birjası (Foto arxivdəndir)

Ekspertlər bildirirlər ki, neft qiymətlərinin bir qədər də ucuzlaşması bir sıra neft şirkətlərini bazardan çıxara bilər.

Nyu York birjasında satış Dow Jones və S&P 500 indekslərində 1, 56 və 1, 2 faiz enişlə başa çatıb. Bundan əvvəl gün ərzində səhm qiymətləri 3 faiz düşmüşdü.

Əsas Avropa birjalarında səhm qiymətləri son 15 ayda ən aşağı həddə enib.

Təhlilçilər deyirlər ki, investorları ən çox qorxudan iqtisadiyyatın yavaşıması və neftə tələbatın azalmasıdır.

Avropa və ABŞ bazarlarından daha əvvəl Asiya birjaları da aşağı göstəricələrlə bağlanmışdı.

Gün ərzində Brent markalı neftin qiyməti daha 5 faiz, ABŞ neftinin qiyməti isə az qala 7 faiz enərək neft ixracatçısı olan ölkələrin dərin narahatlığına səbəb olub.

Avropa birjalarında da eniş qeydə alınıb, FTSE 100 indeksi 3, 46 faiz enib.

Rusiya valyutası yenə rekord səviyyədə ucuzlaşaraq 1 dollar üçün 80 rubl həddinə enib.

Ekspertlər bildirirlər ki, neft qiymətlərinin bir qədər də ucuzlaşması bir sıra neft şirkətlərini bazardan çıxara bilər.

Brent markasından olan neftin bir barreli son satışda 27, 88 dollar olub. Amerika nefti 2003-cü ilin mayından bəri ən aşağı həddinə çatıb. İndi Texas markalı neftin bir barreli 26, 59 dollardır.

Analitiklər deyirlər ki, neftə tələbat azaldıqca, onun təchizatı artır, bu isə neft bazarında zəif qiymətlərin hələ uzun müddətdə davam edəcəyini göstərir.

XS
SM
MD
LG