Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:10

Nəsimi rayon Polis İdarəsinin baş müstəntiqi həbs olunub


Nəsimi rayon Polis İdarəsi
Nəsimi rayon Polis İdarəsi

Nəsimi rayon Polis İdarəsinin baş müstəntiqi İlqar Həşimov dələduzluqda təqsirləndirilərək həbs edilib. Açılan cinayət işində iki nəfər - Emin BədirxanovHafiz Ağamalıyev zərərçəkmiş kimi tanınıb.

İddia olunur ki, həbs edilən müstəntiq birgə biznes adıyla E.Bədirxanovdan bir neçə dəfəyə toplam 279 min manat pul alıb. Ortaq biznesdə məqsəd yeni tikilən binada mənzillərin təmir edilib satılması olub.

Digər zərərçəkən H.Ağamalıyevə gəlincə, müstəntiq İ.Həşimovun istintaqını apardığı cinayət işinə görə ondan 11 min manatdan çox pul aldığı iddia edilir. Zərərçəkən müstəntiqə pulu Nəsimi rayon Polis İdarəsinin binasında verdiyini söyləyib.

İ.Həşimova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub. İ.Həşimov haqqında cinayət işinin materialları araşdırılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Zərərçəkənlər pullarının qaytarılmasını tələb edirlər.

Ali hüquq təhsilini Moskvada almış İ.Həşimov özünü təqsirli bilmir. O, dələduzluq ittihamını qəbul etmədiyini, cinayət işinin materiallarında yazılanlarla razılaşmadığını deyib.

İ.Həşimov haqqında şikayətlərdən sonra o, vəzifəsindən azad edilib.

XS
SM
MD
LG