Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:45

İsrail bildirir ki, Netanyahuya sui-qəsd cəhdinin qarşısı alınıb      


İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallant (Arxiv fotosu)
İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallant (Arxiv fotosu)

İsrailin xüsusi xidmətləri İranın, baş nazir Binyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və ŞABAK təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bara qarşı sui-qəsd planının qarşısını alıb.

Bu barədə sentyabrın 19-da The Jerusalem Post qəzeti ŞABAK təşkilatına istinadla yazıb.

İsrail mediasının xəbərlərində deyilir ki, bu qəsddə əsas rolu 73 yaşlı israilli biznesmen Moti Makman oynamalıymış. O həbs edilib və ona qarşı rəsmi ittiham irəli sürülüb.

Xəbər verilir ki, uzun müddət Türkiyədə yaşamış Makman iranlı və türk biznesmenlərlə sıx maliyyə əlaqələrinə malikdir.

O bu ilin may və avqust aylarında iki dəfə gizli şəkildə İranda olub. İddia edilir ki, ikinci səfəri zamanı İran rəsmiləri ona İsrailin liderlərinə qarşı sui-qəsd hazırlamağı təklif ediblər.

Makmana başqa tapşırıqların da verildiyi bildirilir

Bu da qeyd olunur ki, biznesmen İran tərəfindən beh olaraq bir milyon dollar istəyib, lakin onun bu istəyi rədd olunub.

Bunun əvəzində ona sui-qəsdə hazırlaşmaq üçün 5 min avro verilib. Bundan başqa Makmana kəşfiyyat materialları toplamaq, İsrail obyektlərinin fotolarını çəkmək və İran tərəfinin tələblərindən imtina edən israilliləri hədələmək tapşırılıb.

Bundan başqa Makman Avropada yaşayan İran müxalifəti nümayəndələrinin qətli üçün Rusiya və ABŞ vətəndaşlarını ələ almalı idi.

İyunun sonunda Tehranda ABŞ və Avropa İttifaqında terrorçu elan edilmiş HƏMAS hərbi qruplaşmasının siyasi lideri İsmayıl Haniyə öldürülüb.

O vaxt İranın Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, “Haniyənin qətli Tehran və Fələstin müqaviməti arasında dərin və sarsılmaz birliyi daha da gücləndirəcək”.

İran və HƏMAS Haniyənin qətlinə görə İsraildən qisas alacaqlarını vəd ediblər. Tehran İsrail liderlərinə sui-qəsd cəhdi ilə bağlı son xəbərlərə hələ ki, reaksiya verməyib.

XS
SM
MD
LG