Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:07

Prezident hazır yolun tikintisinə pul ayırıb?


Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunda işlər. Aprel, 2016
Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunda işlər. Aprel, 2016

►“Azəravtoyol” 5 milyonluq yolu “nisyə” çəkib?

Bu günlərdə Qəbələdə Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu istifadəyə verilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu haqda xəbər və videogörüntünü iyunun 22-də rəsmi saytında yerləşdirib.

Xəbərdə deyilir ki, yolun yenidən qurulması regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı çərivəsində “Azəravtoyol” tərəfindən aparılıb. Avtomobil yolunun uzunluğu 12,2 kilometr, eni 6 metrdir.

İyunun 24-də, yol istifadəyə veriləndən təxminən bir ay sonra prezidentin rəsmi saytında elə bu yolun tikintisi ilə bağlı sərəncam yerləşdirilib. Sərəncamda prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-ə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılır.

Əvvəlcə yol tikilir, sonra vəsaitlə bağlı sərəncam imzalanır

Azər Mehtiyev
Azər Mehtiyev

İnşası bitmiş yola açılışdan sonra vəsait ayrılması iqtisadçı Azər Mehdiyevin gözündən yayınmayıb.

O, bir neçə gün əvvəl bu yoldan keçdiyindən prezidentin sərəncamı çıxınca iqtisadçıda sual yaranıb – necə olur ki, yol istifadəyə verilir, ancaq tikintisinə vəsait ayrılması ilə bağlı sərəncam sonra verilir?

Azər Mehtiyev: Mən özüm o yolu getmişəm...
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

“Əvvəllər heç vaxt o yolu getməmişdim. Gördüm ki, yol tamamilə yenicə asfaltlanıb, xətlənib, hər şey qaydasındadır. Artıq istifadəyə verilmiş yoldur. Bildiyim qədər, bu, yeganə hal deyil, belə hallar geniş yayılıb. Fakt budur ki, yol salınıb. İstifadəyə veriləndən sonra vəsait ayrılır. Bu yolun salınmasında hansı vəsaitdən istifadə olunub, vəsaiti kim ayırıb, bütün bunlar hansı qaydada baş verib, bilinmir. Ortada olan odur ki, əvvəlcə iş görülür, sonra dəyəri ödənilir. Kommersiya strukturlarında belə iş olanda başa düşürəm. Ancaq dövlət qurumunda necə olur, mənim də təsəvvürüm yoxdur”.

Yol mayda istifadəyə verilibmiş

Həmin yolu əhatə edən kəndlərdən biri Yengicədir. Kəndin icra nümayəndəsi Xanlar Əzizov AzadlıqRadiosuna bildirib ki, yol mayın 28-də istifadəyə verilib:

Xanlar Əzizov AzadlıqRadiosuna bildirib ki, yol mayın 28-də istifadəyə verilib
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

“Bu yol Nohurqışlaq-Tüntül-Yengicə kəndlərini biləşdirir. 2016-cı il mayın 28-də istifadəyə verilib. 13 kilometr yol tam yenidən çəkildi. Maliyyəşməsi necə olub, mən deyə bilmərəm. Yaxşı olar ki, pulun ayrılmasıyla bağlı icra hakimiyyəti ilə danışasız ”.

Qəbələ rayonu icra hakimiyyəti başçısının, az qala, bütün müavinləri ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. Təkcə bir müavin, Ətayə Osmanova məsləhət gördü ki, bunu memarlıq və tikinti şöbəsindən soruşmaq lazımdır. Həmin şöbənin müdiri Təbriz Abdulxalıqovu gün ərzində yerində tapa bilmədik.

Maraqlıdır ki, Qəbələ rayon icra hakimiyyəti bu yolun açılması xəbərini iyunun 25-də yerləşdirib. Yəni prezidentin sərəncamı dərc olunandan bir gün sonra.

“Sərəncamın əvvəl və sonra verilməsinin fərqi yoxdur”

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, bu il qurum 40-a yaxın kənd yolunu təmir- bərpa etməlidir.

Anar Nəcəfli: Buna görə də bəzən sərəncamları gözləmədən təmirə başlayırıq
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

Bunların da siyahısı həm Prezident Administrasiyası, həm də rayon icra hakimiyyətləri ilə razılaşdırılıb tərtib olunub. Bu il ərzində həmin yolların təmiri mərhələ-mərhələ həyata keçirilməlidir. Anar Nəcəflinin sözlərinə görə, əsas məqsəd yolların təmiridir. Sərəncamın əvvəl və sonra verilməsinin fərqi yoxdur:

“Bəzən sərəncam gözləmədən, həmin siyahıya əsasən, Yol Fonduna daxil olmuş vəsait hesabına bəzi yolların təmirini başlayırıq. Bu, texniki bir məsələdir. Sonra sərəncam imzalanır. Çünki vaxt baxımından bunu çatdırmaq lazımdır. Bu il 40-a yaxın kənd yolunun təmir- bərpa olunması qarşımıza məqsəd qoyulub. Buna görə də bəzən sərəncamları gözləmədən təmirə başlayırıq”.

____________________________________________________________

Bunlara da bax:
Hökumət «Azersun»a borclu qalıb...
Pivəçilər “dilə” gəldi: “Ağır vəziyyət yaranıb”

____________________________________________________________

Adi məntiq də deyir ki...

Politoloq Azər Qasımlının fikrincə, yol ətrafında baş verənlər korrupsiya əməli kimi qiymətləndirilməlidir:

Azər Qasımlı: Adi korrupsiya əməlidir
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00

“Adi korrupsiya əməlidir. Həm də bu sistemdə nəzarət mexanizmləri yox dərəcəsindədir. Sistem də qapalıdır. Burda qərarvermə mexanizmi nədən ibarətdir, onu da bilirik. Əslində, belə bir şey olmamalıydı. Sistem nə qədər korrupsioner, qapalı da olsa, belə hallar baş verməməlidir. Adi məntiq də deyir ki, yol artıq inşa olunubsa, bundan sonra eyni layihəyə pul buraxmaq absurddur”.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

“Obyektin qiymətinin 30 faizi iş başlamamış ödənməlidir”

Amma iqtisadçı Oqtay Haqverdiyev tikintilərlə bağlı müxtəlif variantlardan söz açır:

Oqtay Haqverdiyev: “Misal üçün hansısa icra başçısı hansısa sahibkara, ya da tikinti şirkətinə deyir ki, “sən tik, pulunu sonra verəcəyəm”
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

“Misal üçün hansısa icra başçısı hansısa sahibkara, ya da tikinti şirkətinə deyir ki, “sən tik, pulunu sonra verəcəyəm”. Hətta bu cür hallar dövlət qurumlarında da olur. Hansısa nazirlik tikinti şirkətini çağırır, ya da formal olaraq tender keçirirlər. Deyirlər ki, “pulunu bir-iki aydan sonra verəcəyik, sən başla”. Sonrasa uzadıb vermirlər. Ümumiyyətlə, bizim qanuna görə, hər hansı bir layihənin işə başlaması üçün onu sifariş verən həmin obyektin qiymətinin 30 faizini hələ iş başlamamış ödəməlidir. Çox hallarda isə bu yerinə yetirilmir. Bu halda, yəqin ki, yol tikilib, sonra prezidentə müraciət ediblər ki, “bəs, ordan-burdan kredit alıb bu yolu tikmişik, prezident də o sərəncamı verib”. Yol Fondundan ayrılan pul leqal puldur. Xahiş ediblər, onlar da o vəsaiti ayırıblar. İndi də prezidenti inandırıblar, o da sərəncam verib, pulu qaytarırlar”

“Dünyada bənzərini tapa bilməzsiniz”

İqtisadçı Azər Mehdiyevin paylaşdığı xəbərsə sosial şəbəkədə də maraqla müzakirə olunub.

İbadullah Beybalayev adlı istifadəçi yazır: “Hamı analoqsuz inkişafa alışıb. Dünyada bənzərini tapa bilməzsiniz, pulsuz yol çəkilsin, yaxud çəkilmiş yola sonradan pul ayrılsın”.

Arzu Musayev adlı istifadəçi isə “Yəqin iş adamlarına elətdiriblər, indi də pulu silib mənimsəmək lazım gəlib” yazıb.

İstifadəçilərdən birinin “bəlkə nisyə çəkilib” reaksiyasına isə Azər Mehdiyev belə münasibət bildirib:

“Bu ölkədə artıq heç məhəllə marketləri nisyə mal buraxmaq istəmir. 5 milyonluq da nisyə olar?”

Buna da bax: "Partlayışın İsraillə sazişdən sonra baş verməsi təsadüfi deyil"

Rusiya-Türkiyə münasibəti yumşalarsa, Azərbaycan nə qazanar?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

İqtisadçıların gözündən yayınmayan "unikal" Azərbaycan reallığı
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?
XS
SM
MD
LG