Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:28

Əli Həsənov prezidentin sərəncamını şərh edib


Əli Həsənov
Əli Həsənov

«Bu sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur».

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov «Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında» ölkə başçısının bu gün, fevralın 5-də verdiyi sərəncamını şərh edərkən belə deyib.

***Buna da bax-Növbədənkənar prezident seçkisi elan edildi

Ə.Həsənov vurğulayıb ki, indiyə kimi Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olub. Demokratik, şəffaf və ədalətli keçirilib.

«Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Səlahiyyət müddəti 7 ilə uzadıldığına görə Azərbaycan prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də «Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında» Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur», - o, vurğulayıb..

İlham Əliyev növbədənkənar prezident seçkisi elan etdi
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

«Seçkilərin ilin ayrı-ayrı fəsillərində keçirilməsi daha məqsədəuyğundur»

Ə.Həsənov bu il Konstitusiyaya uyğun olaraq, prezident seçkilərinin oktyabrın 17-də keçirilməsinin nəzərdə tutulduğunu ifadə edib:

***Buna da bax-Seçkiləri Qarabağ tezləşdirə bilərdi

«Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən əvvəlində keçirilməsi daha məqsədəuyğundur».

İsa Qəmbər növbədənkənar prezident seçkisini belə şərh edir
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Ə.Həsənov əlavə edib ki, prezidentin 7 il müddətinə seçilməsi onun səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Onun fikrincə, bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır.

Ə.Həsənov seçkilərin daha əvvələ çəkilməsinin hazırkı prezident İ.Əliyevə əlavə imkanlar yaratması barədə mülahizələri rədd edib.

«Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir. Nəticə etibarilə, seçkilərin oktyabrda ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə divident qazandıran hal kimi şərh oluna bilməz», - prezidentin köməkçisi vurğulayıb.

XS
SM
MD
LG