Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:37

Obama məsçiddə çıxış edib


Prezident müsəlman amerikalıları “Amerikanın mötəbər və vətənpərvər vətəndaşları” adlandırıb.

Barack Obama ABŞ prezidenti kimi ilk dəfə olaraq məsçidə baş çəkərkən bildirib ki, “müsəlmanlara qarşı siyasi ritorikaya ölkədə yer olmamalıdır”.

Prezident müsəlman amerikalıları “Amerikanın mötəbər və vətənpərvər vətəndaşları” adlandırıb.

ABŞ mediası Barack Obama-nın dediklərini ilk növbədə prezidentliyə respublikaçı namizəd Donald Trump-ın antimüsəlman qeydlərinə cavab kimi qiymətləndirir.

Ağ Ev bildirib ki, prezidentin məsçid səfəri dini azlıqların müdafiəsi naminə edilib.

Cənab Obama çıxışına, onun təbirincə deyilərsə, “ABŞ-da müsəlmanların ən az eşitdikləri iki sözlə” başlayıb: “Sağ olun”.

Prezidentin tam adı

Prezident Merilenddəki Baltimor cümə məsçidində etdiyi çıxışda bildirib ki, amerikalı müsəlmanlar “azlığın hərəkətlərinə görə hədəflənir və günahlandırılırlar”.

Amerikalıların əksəriyyəti müsəlman sözünü ən çox terrorla bağlı xəbərlərdə və ya filmlərdə eşidirlər

O deyib ki, amerikalıların əksəriyyəti müsəlman sözünü ən çox terrorla bağlı xəbərlərdə və ya filmlərdə eşidirlər və İslam barədə lazımi bilikləri yoxdur.

O keçmişlərdə baş vermis sentyabr terror basqınları və bu yaxınlarda olmuş Paris hücumları kimi hadisələri bütöv bir dinlə bağlamamağa çağırıb.

Bir sıra qəzetlər Barack Obama-ya qarşı əvvəllər daha tez-tez irəli sürülən ittihamları yada salıblar.

Bəziləri tam adı Barack Hüseyn Obama olan prezidenti “gizli müsəlmanlıqda” ittiham edirlər.

Bir başqaları isə Obama-nın məsçidə yalnız indi, prezidentlik müddətinin sonunda baş çəkməsini elə bu kimi iddia və ittihamlarla bağlayıblar.

XS
SM
MD
LG