Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:56

Paris Olimpiya oyunlarında sürprizlər 


Qadınlar arasında cüdo üzrə 52 kq çəki dərəcəsində mükafatlandırmaq mərasimi
Qadınlar arasında cüdo üzrə 52 kq çəki dərəcəsində mükafatlandırmaq mərasimi

İyulun 28-də Parisdə Olimpiya oyunlarının ikinci günü bəzi rekordlar qeydə alınıb.

Özbəkistan ilk qızıl medalını qazanıb, Diyora Keldiyorova qadınlar arasında 52 kq çəki dərəcəsində cüdo üzrə qızıl medal əldə edib. O, Yaponiyadan Uta Abeni məğlub edib. Abe 2019-cu ildən bəri məğlub edilməmişdi.

Keldiyorovaya finalda uduzan Distria Krasniqi Kosovoya gümüş medal qazandırıb.

Braziliyadan Larissa Pimenta və ev sahibini təmsil edən Amandin Buçar gümüş medala yiyələniblər.

Digər göstəricilər

Abenin böyük qardaşı, Hifumi Abe Braziliyadan Uilyan Limanı məğlub edərək 66 kq çəki dərəcəsi üzrə titulunu saxlayıb. Qazaxıstandan Qusman Kırqızbayev və Moldovadan Denis Vieru hər ikisi üçüncü yerə çıxıblar.

22 yaşlı Fransa dünya rekordçusu Leon Marçan 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb. O, Yaponiyadan Tomoyuki Matsuşitanı cəmi altı saniyə qabaqlayıb. Gümüş medalı isə amerikalı Karson Foster (Carson Foster) əldə edib.

Olimpiya üzgüçülüyü üzrə rekordçu Adam Peati (Adam Peaty) İtaliyadan Nikolo Martinengiyə uduzaraq ikinci yerə çıxıb.

Əlcəzairli cüdoçu Mesud Reduan Dris bir gün öncə israilli Tohar Butbula 73 kq-lıq çəki dərəcəsində qarşılaşmada çəki limitini aşdığına görə diskvalifikasiya edilib.

İndiyədək bir neçə cüdoçu israilli rəqiblərlə qarşılaşmadan imtina ediblər.

Bitbul mərhələ adlayaraq, Azərbaycan cüdoçusu Hidayət Heydərova rəqib olub.

Dəmiryolunun işi bərpa edilib

Fransa dəmiryolu şirkəti sabotajçıların Olimpiya oyunlarından açılışına bir neçə saat qalmış vurduğu ziyanı aradan qaldırdığını, iyulun 29-da normal xidmətin bərpa olunacağını açıqlayıb.

Dəmriyolunun işinin iflic olunması ilə nəticələnmiş hücuma görə kimin məsuliyyət daşıdığı, məhz açılış mərasiminin hədəfə alınıb-alınmadığı bəlli deyil.

Oyunun təşkilatçıları isə bildiriblər ki, açılış mərasimi zamanı tabloda Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərini göstərməklə heç kəsi incitmək istəməyiblər.

“Heç bir dini qrupa sayqısızlıq göstərmək niyyəti olmayıb. Kimsə bunu təhqir kimi qəbul edibsə, əlbəttə, çox üzr istəyirik”, -- Paris 2024-ün sözçüsü Anna Deskamp deyib.

XS
SM
MD
LG