Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:48

Yeni logistika mərkəzi qurulur - «Pasha Group»a bağlı şirkət tərəfindən


Arif Paşayev
Arif Paşayev

Vergilər Nazirliyi «Bakı Logistika Mərkəzi-2016» MMC adlı şirkəti qeydə alıb. AzadlıqRadiosu araşdırıb ki, yeni şirkətin sahibliyi «Pasha Group»a bağlı «PMD Group» MMC-yədək uzanır.

Bağlı qapı arxasında

Şirkətin logistika mərkəzini harada və nə zaman qurmaq istədiyini öyrənmək mümkün olmayıb. Hər iki şirkətə rəhbərlik edən Araz Ağayevin saatlarca və aramsız sürən müşavirədə olması buna imkan verməyib.

Yeni logistika şirkətinin hüquqi ünvanı «Port Baku Towers»dir. «Logistika» deyərkən, müştərinin tələbatını ödəmək məqsədilə məhsul və ya xidmətin əvvəldən-axıra bütün mərhələlərinin idarə edilməsi nəzərdə tutulur.

Buna da bax:​ 'Paşa Holdinq'ə məxsus Mall-lar rayonlara yayılır [araşdırma]

İnvestorun kimliyi

Şirkətin logistika mərkəzini harada və nə zaman qurmaq istədiyini öyrənmək mümkün olmayıb. Hər iki şirkətə rəhbərlik edən Araz Ağayevin saatlarca və aramsız sürən müşavirədə olması buna imkan verməyib.

2013-cü ildən fəaliyyət göstərən «PMD Group» şirkəti (https://goo.gl/2t0y9i) aktivlərin yönəldilməsi, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində çalışır.

Bu şirkətin «Linkedin» sosial şəbəkəsinin istifadəçisi olan yüksək vəzifəli mənsubları onun «Pasha Group»a aidliyini, eləcə də mehmanxana biznesi ilə məşğul olduğunu bildirirlər.

«PMD Group» 2013-cü ildə 10 milyon manat kapitalla yaradılıb. Ötən il kapitalının rəsmən azaldıldığını elan etsə də, şirkət onun qədərini açıqlamayıb.

Kommersiya şirkətlərinin dövlət reyestrində «PMD Group» haqqında (VÖEN: 1701459191), əslində, açıq olmalı məlumat nədənsə yoxdur.

Buna da bax:​ «Paşa Holdinq» bir az da böyüdü

Çoxsaylı əmlak idarə edir, bankı var

«PMD Group» Bakıda «Vurgun Residence», «Molokan Palace» yaşayış komplekslərinin, «BEGOC» biznes mərkəzinin, eləcə də Fəvvarələr Meydanındakı yerüstü avtomobil dayanacağının idarəedicisidir.

Ötən ilin fevralında bu şirkət «Bank Avrasiya» ASC-nin 7 min 500 səhmini (bankın kapitalının 37,5 faizi) “Qalaktik” MMC-dən satın alaraq onun 3 səhmdarından birinə çevrilib.

XS
SM
MD
LG