Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:57

Paşinyan baş nazir təyin olundu


Nikol Paşinyan
Nikol Paşinyan

O, iyunun 20-də vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi üçün istefa vermişdi

Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanı baş nazir təyin edib. Bu haqda sərəncamın mətni prezidentin vebsaytında dərc olunub.

2018-ci ilin may etirazlarından sonra hakimiyyətə gələn Paşinyan bu il aprelin 25-dən ölkənin baş naziri vəzifəsini icra edirdi. O, iyunun 20-də vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi üçün istefa vermişdi.

Paşinyan 15 gün ərzində hökuməti formalaşdırmalıdır. Onun “Vətəndaş Müqaviləsi” parlamentdəki 101 yerin 71-ni əldə edib.

Ötən ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla atəşkəs razılaşması imzalanandan sonra Ermənistanda etirazlar başlandı. Müxalifət partiyaları Paşinyanın istefasını tələb edirdi. Onlar Azərbaycanla 44 günlük müharibənin nəticələrinə görə Paşinyanı günahlandırırdılar.

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

'Ermənistan təhlükədədir, birləşmək lazımdır' - Parlamentdə çıxışlar
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Martın əvvəlində isə Paşinyan bir neçə dəfə Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən kənarlaşdırmağa cəhd elədi. Hərbçilər Baş qərargah rəisinin müavini Tiran Xaçatryanı işdən çıxardığına görə baş nazirin istefasını tələb edirdilər. Xaçatryan Rusiyanın “İsgəndər” raket komplekslərinin keyfiyyətilə bağlı Paşinyanın dediklərini tənqid eləmişdi. Baş nazir isə hərbçilərin tələbini çevriliş cəhdi adlandırdı.

Paşinyan martda vaxtından əvvəl seçkilər keçirilməsinə razılaşdı. Onun “Vətəndaş müqaviləsi” partiyası seçkidə 53.92% səs yığdı. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 21.04% səs toplaya bildi.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG