Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:17

İqtisadçı: 'Pensiyaların baza hissəsi də artırılmalı idi'


Qubad İbadoğlu
Qubad İbadoğlu

«Pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi artan xərcləri örtməyə yetərli deyil».

İqtisadçı Qubad İbadoğlu pensiyaların indeksasiyası, minimum əmək haqlarının artırılması ilə bağlı ölkə başçısının sərəncamlarını şərh edərkən belə deyib.

Ekspert deyib ki, pensiyaların baza hissəsi də artırılmalı idi: «Pensiya iki hissədən ibarətdir – baza (110 manat) və sığorta (qalan məbləğ) hissəsi. Əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan bir təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12.4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək. Beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq. Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapazonunda indeksləşdirməyə məruz qalacaq. Təbii ki, bahalaşan qiymətlərin fonunda bu cüzi məbləğ artan xərclərin az bir hissəsini ödəyəcək».

Buna da bax-Azərbaycan minimum əməkhaqqında regionun ən gerisindədir

MİNİMUM ƏMƏKHAQQI 200 MANAT OLMALI

Minimum əmək haqlarının 116 manata qədər artırılmasına gəlincə, iqtisadçı bildirir ki, minimum əməkhaqqı norması yaşayış minimumundan, o isə öz növbəsində minimal istehlak səbətindən asılıdır: «Hələ ötən ilin oktyabr ayına olan qiymətlər əsasında aparılmış hesablamalar göstərirdi ki, yaşayış minimumunun dəyəri əməkqabiliyyətli əhali üçün 253.4 manat, pensiyaçılar üçün 200 manat, uşaqlar üçün 259.9 manatdır. Halbuki 2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əməkqabiliyyətli əhali üçün 164.5 manat, pensiyaçılar üçün 130.2 manat, uşaqlar üçün 136.6 manat məbləğində təyin edilib».

Q.İbadoğlu qeyd edib ki, hətta artımdan sonra Azərbaycanda 1 aylıq minimum əməkhaqqının dəyəri ABŞ-da orta hesabla 4 saatlıq, Böyük Britaniyada isə 3 saatlıq minimum əməkhaqqı səviyyəsinə çatıb.

Prezident ötən həftəsonu əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin inflyasiyası səviyyəsində indeksləşdirilməsi və minimum əmək haqlarının 116 manat müəyyən edilməsi barədə sərəncamlar imzalayıb.

XS
SM
MD
LG