Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:33

Petrosyan:"İndiki kompramis sülh planını qəbul etməsək daha pis olacaq"


Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan

“Ermənistan Milli Konqresi” partiyasının qurultayında Dağlıq Qarabağ münaqişəsinin həllindən danışanda öz konsepsiyamı yox, hazırda danışıqlar masasında olan konkret həll proqramını təqdim eləmişəm”.

Bunu Ermənistanın birinci prezidenti, müxalifətdəki Ermənistan Milli Konqresi” partiyasının rəhbəri Levon Ter-Petrosyan iLur.am saytında dərc edilən məqaləsində yazır.

Petrosyan deyir ki, münaqişənin həlliylə bağlı “Madrid-Kazan-Lavrov” variantı, 1997-c ildə onun prezidentliyi dövründəki mərhələli həll planından heç nə ilə fərqlənmir.

“Birinci mərhələdə Ermənistan tərəfi Laçın və Kəlbəcər istisna olmaqla 7 rayondan 5-ni Azərbaycana qaytarır. Sonra Qarabağla Azərbaycan arasındakı yeni xətdə sülhməramlı qüvvələr yerləşdirilir. (Amma Petrosyan söhbətin hansı qüvvələrdən getdiyinə aydınlıq gətirmir)3-cü mərhələdə Dağlıq Qarabağa beynəlxalq aləm tərəfindən tanınan keçid statusu verilir, sonra isə Ermənistanla Qarabağın blokadası götürülür və Azərbaycan, Qarabağ və Ermənistanı birləşdirən bütün kommunikasiya xətləri bərpa olunur və ola bilsin ki, Türkiyəylə də. Yalnız bundan sonra Dağlıq Qarabağın yekun statusu müəyyən edilir. Hazırda müzakirə edilən sonuncu mərhələdə isə, Laçın dəhlizini çıxmaq şərtilə qalan 2 rayon da Azərbaycana qaytarılır”, - deyə Petrosyan yazır.

Petrosyan deyir ki, güzəştləri və ərazilərin qaytarılmasını məğlubiyyət və xəyanət sayanlar "bizimlə yox, özüylə diskussiya aparır, bizim yox, öz konsepsiyasını yürüdür.

Petrosyan yazır ki, bu Ermənistan xalqının bütün istəyini əks etdirməsə də, onun partiyası bu planın tezliklə reaqllaşdırılmasının tərəfdarıdır.

“Ləngimək Ermənistanla Qarabağı daha da zəiflədəcək və növbəti həll planı bundan da pis olacaq”, deyə Petrosyan yazır.

Qeyd edək ki, Ter-Petrosyan rəhbərlik etdiyi partiyanın son qurultayında seçkiyə sülh və mehriban qonşuluq şüarı ilə getməyə çağırıb.

Petrosyan həll açarının Rusiyanın əlində olmasını dediyinə görə üzləşdiyi tənqidlərə də cavab verib. Müxalifət partiyasının lideri deyir ki, Qərb Rusiyadan fərqli olaraq heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllini prioritet hesab etməyib, rəsmi bəyənatlar və diplomatik təşəbbüslərdən başqa bu yöndə elə bir praktiki addın atmayıb.

Petrosyan yazır ki, 1994 və 2016-cı illərdə Azərbaycanla Dağlıq Qarabağ arasında atəşkəs də məhz Rusiyanın səyləri nəticəsində əldə olunub.

Petrosyan hesab edir ki, Qərbdən fərqli olaraq Rusiyanın Ermənistan və Azərbaycan rəhbərliklərinə təsir göstərmək, onlar arasında razılıq əldə edilməsinə nail olmaq imkanları var.

XS
SM
MD
LG