Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Erməni politoloq: 'Mahiyyətcə bu, Yerevanın məğlubiyyətidir' (Video)


Ermənistan Rusiyanın təsirindən çıxır? Eksperlər danışır
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Ermənistan Rusiyanın təsirindən çıxır? Eksperlər danışır

Politoloqun fikrincə, Ermənistanın geri çəkildiyi daha bir mövqe Paşinyanın ATƏT-in Minsk qrupunun egidası altında danışıqlardan imtina etməsidir

Brüsseldə keçirilmiş Əliyev-Paşinyan görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqladığı bəyanatda Dağlıq Qarabağdan və Qarabağ münaqişəsindən bir kəlmə də deyilmir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu aprelin 7-də politoloq Tiqran Qriqoryan deyib.

Politoloq hesab edir ki, bu məqam “ciddi narahatlığa” əsas verir.

Qriqoryanın fikrincə, Ermənistan hökumətinin, eləcə də Şarl Mişelin açıqladıqları bəyanatlardan belə görünür ki, erməni tərəfi əvvəllər bəyan etdiyi iki mövqeyindən geri çəkilib.

Azatutyun xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə 4 saata yaxın davam etmiş danışıqlarında aprelin sonunadək Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə ediblər.

Bu komissiyanın əsas vəzifəsi sərhəd boyunca təhlükəsizlik və stabilliyin qorunub saxlanmasıdır.

Azərbaycan və Ermənistan liderləri habelə xarici işlər nazirlərinə iki ölkə arasında sülh danışıqlarına hazırlıq görülməsini tapşırıblar.

Yerevandakı təhlilçilər Rusiyanın təsirindən çıxmağın zamanı çatdığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Minsk qrupunun adı çəkilmir

Qriqoryan bu barədə deyib:

“Bu bəyanatın mətnini oxuyanda başa düşürük ki, sərhədin delimitasiya və demarkasiyası üçün komissiya heç bir stabilləşdirici mexanizmlər tətbiq edilmədən yaradılacaq. Bəyanatda deyilir ki, bu komissiya delimitasiya və demarkasiyadan başqa sərhəddə sabitliyin təmin edilməsi ilə məşğul olacaq. Mənim fikrimcə bu müddəa daha çox Paşinyanın təmizə çıxarılması üçün əlavə olunub. Mahiyyətcə bu, erməni tərəfinin məğlubiyyətidir”.

Politoloqun fikrincə, Ermənistanın geri çəkildiyi ikinci mövqe Paşinyanın ATƏT-in Minsk qrupunun egidası altında danışıqlardan imtina etməsidir:

“Biz gördük ki, əslində Ermənistanın baş naziri və Azərbaycanın prezidenti öz xarici işlər nazirlərinə sülh müqaviləsi üzrə danışıqları hazırlamağı tapşırıblar. Amma bəyanatda danışıqların ATƏT-in Minsk qrupunun egidası altında keçiriləcəyi deyilmir. Ümumilikdə, ATƏT-uin Minsk qrupunun heç adı da çəkilmir”.

Azatutyun xatırladır ki, mart ayında Bakıdan 5 bəndlik təkliflər alan Yerevan ATƏT-in Minsk qrupunun rusiyalı, amerikalı və fransalı həmsədrlərinə sülh müqaviləsi üzrə danışıqlar keçirmələri üçün müraciət etmişdi. Amma bu məsələdə heç bir irəliləyiş müşahidə olunmadı.

Paşinyan bu söhbəti Brüsseldə uzatmadığını deyir

Lakin baş nazir Nikol Paşinyan aprelin 7-də keçirdiyi hökumət müşavirəsində bu barədə deyib:

“Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatı, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsi erməni tərəfinin sülh gündəliyinə cavablarına daxil edilib və danışıqların predmeti olmalıdır”.

Paşinyan bildirib ki, bu prosesdə Minsk qrupunun iştirakı zəruridir və erməni tərəfi bu istiqamətdə işini davam etdirməlidir:

“Ermənistan və Azərbaycan tərəfindən sülh razılaşması üçün təqdim olunmuş prinsip və məsələlər ümumiləşdirilməli və danışıqların nəticələrinə ünvanlanmalıdır”.

Azatutyun yazır ki, bununla belə sözü gedən bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin olmaması Yerevanda narahatlıq yaradıb.

Paşinyan hökumət müşavirəsində habelə deyib ki, Dağlıq Qarabağdakı Fərrux kəndi ətrafında yaranmış vəziyyətlə bağlı da ümumi razılığa gəlinməyib.

Baş nazir bildirib ki, söhbət Rusiya sülhməramlılarının məsuliyyəti zonasından gedir və bu məsələnin Rusiya tərəfi ilə müzakirəsi daha məqsədəuyğundur.

Paşinyan bildirib ki, elə bu səbəbdən də o bu söhbəti Brüsseldə uzatmamaq qərarına gəlib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG