Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:29

'Putinin aşpazı' deputatları müharibəyə çağırır


Yevgeni Priqojin
Yevgeni Priqojin

Yevgeni Priqojinin sözlərinə görə, “illərdir tribunadan çıxış edənlərin nəsə bir iş görməsi” vacibdir

Rusiya biznesmeni və Wagner özəl hərbi şirkətinin təsisçisi, “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin Rusiya Dövlət Dumasının deputatlarına onun hərbi birləşmələrinə bənzər qruplara rəhbərlik etməyi və ya “avtomat götürməyi” təklif edib.

Priqojinin bu barədə bəyanatı oktyabrın 11-də onun Konkord şirkətinin mətbuat xidməti tərəfindən dərc olunub.

Lukaşenko: 'Nüvə zərbəsi də daxil, bizə qarşı yeni variantlar nəzərdən keçirilir'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Priqojin bildirir ki, hazırda “cəmiyyətin konsolidasiya edilməsi zəruridir”.

Onun sözlərinə görə, “illərdir tribunadan çıxış edənlərin nəsə bir iş görməsi” vacibdir:

"Hanı RFKP-nin (Rusiya Federasiyası Kommunist Partiyası-red) sıx birləşmiş kommunistləri, hanı Rusiya üçün can yandırdığını deyən və Jirinovskisiz təlxəkxanaya çevrilən LDP (Liberal Demokrat Partiyası-red)? Mən hələ bir vaxtlar axmaqlığımdan və onlardan əsl vətənpərvərlər yetişdirəcəyimi ümid etdiyimdən dəstəklədiyim Rodina partiyası haqqında danışmıram”.

Priqojin deyib ki, bu mənada istisna təşkil edənlər də var:

"Ölkənin həyatında iştirak edən yeganə şəxslər “Ədalətli Rusiya – Həqiqət naminə!” ittifaqının lideri Sergey Mironov və bu partiyanın həmsədri Zaxar Prilepin, bir də Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçakın simasında “Vahid Rusiya” partiyasıdır”.

“Çərənçi cənablar”

Bunun ardınca prezident Vladimir Putinin yaxın çevrəsinə daxil oliqarx deputalara belə müraciət edir:

"Buna görə də “çərənçi” cənabları bir yerə toplanmaq və Wagner tipli bölmələrə başçılıq etməyə çağırıram. Təşkilatçılıq qabiliyyəti olmayanlar isə avtomat və ya heç olmasa istehkamçı beli götürə bilərlər. Həqiqi fayda bunda olar. Vətənə həqiqi xidmət belə olar”.

Yevgeni Priqojin bundan əvvəl, Rusiyada qeyri-qanunu sayılan Wagner özəl hərbi şirkətinin təsisçisi olduğunu etiraf etmişdi.

Bu şirkət hərbi müəssisələrin rəsmi balansında və hüquqi şəxslərin reyestrində yoxdur, lakin onun muzdlu döyüşçüləri bir sıra jurnalist təthqiqatlarına görə Rusiyanın Suriyada apardığı quru əməliyyatlarında və Ukrayna müharibəsində iştirak edirlər.

BMT və Ukrayna Wagner özəl hərbi şirkətini hərbi cinayətlərdə ittiham edirlər.

“Ya zeklər, ya da uşaqlarınız”

Wagner özəl hərbi şirkəti Ukrayna müharibəsində iştirak etmələri üçün səfərbərləri hətta məhkumların arasından seçir. Bu işlə Priqojinin şəxsən məşğul olduğu xəbər verilir.

O Rusiya boyunca həbsxanaları gəzərək məhkumlar arasında Ukrayna müharibəsində iştirakı təbliğ edir.

Sentyabrın 14-də yayılmış videoda Priqojin Yoşkar-Oladakı koloniyanın məhbuslarına muzdlu olmağı təklif edirdi.

Konkord şirkətinin mətbuat xidməti sonradan bu videonun həqiqliyini təsdiq etmişdi.

Şirkət rusiyalılara müraciətlə bildiridi ki, məhkumların müharibəyə göndərilməsi yaxşı fikirdir: “Ya özəl hərbi şirkət və zeklər, ya da sizin uşaqlarınız – özünüz seçin”.

XS
SM
MD
LG