Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:59

Putin Ermənistana KTMT sammitinə gedəcək  


Vladimir Putin (solda) və Nikol Paşinyan Soçidə
Vladimir Putin (solda) və Nikol Paşinyan Soçidə

Noyabrın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşıdan gələn sammitini müzakirə edib.

Rusiyanın başçılıq etdiyi, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üzv olduğu KTMT-nin sammiti noyabrın 23-də Yerevanda keçiriləcək.

Paşinyanın idarəsinin məlumatına görə, iki lider Putinin noyabrın 22-də Ermənistana planlaşdırılan səfərini də müzakirə ediblər. Kremlin telefon söhbəti haqda məlumatında isə bu səfərdən söz açılmır.

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Soçi sammitindən sonra baş verənlər

Ermənistan tərəfinin məlumatına görə, Paşinyan və Putin Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı 31 oktyabr Soçi görüşündən bəri baş verən hadisələr haqda fikir mübadiləsi aparıblar. Tərəflər humanitar məsələlər üzrə əldə olunmuş razılaşmaların icrasını da müzakirə ediblər.

“Azatutyun” Soçi görüşündə Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ regionunun taleyinin müzakirə olunduğunu yazır. Ancaq görüşün nəticələrinə dair üçtərəfli bəyanatda Qarabağın adı çəkilməyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətin bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə rusiyalı hərbçilər yerləşdirilib.

Soçi görüşündən sonra Azərbaycan və Ermənistanın baş nazir müavinləri Brüsseldə sərhədin delimitasiyası məsələlərini müzakirə ediblər. İki ölkənin xarici işlər nazirləri isə noyabrın 7-də Vaşinqtonda ABŞ dövlət Entoni Blinkenin vasitəçiliyi ilə bir araya gəliblər.

Zaxarovanın dedikləri

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşünün “Soçi sammitinin nəticələrini nəzərə almaqla” keçirildiyini söyləyib.

“Heç bir yerdə tərəflərin əldə olunmuş razılaşmalara istinaddan imtina etdiyini görməmişəm. Xatırladım ki, dövlət başçıları birgə bəyanatda regionda davamlı və uzunmüddətli sülhün bərqərar olması üçün Bakıyla Yerevan arasında sülh sazişinin hazırlanmasının vacibliyini qeyd ediblər”, – Zaxarova noyabrın 9-da deyib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG