Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:57

ATƏT-in Minsk qrupu yeni bəyanat yayıb


ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərini mayın 16-da Vyanada və iyunun 20-də Sankt Peterburqda qəbul edilmiş birgə bəyanatlara hörmət göstərməyə çağırıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri – rusiyalı İqor Popov, amerikalı James Warlick və fransalı Pierre Andrieu münaqişə tərəflərini mayın 16-da Vyanada və iyunun 20-də Sankt Peterburqda qəbul edilmiş birgə bəyanatlarda yer almış razılaşmalara hörmət göstərməyə çağırıblar.

“Biz Azərbaycan və Ermənistanı ATƏT-in şəxsi nümayəndəsi Andrzej Kasprzyk-in missiyasının genişləndirilməsi yolunda qalan bütün maneələri aradan qaldırmağa çağırırıq” – deyilir həmsədrlərin bəyanatında.

Minsk qrupunun həmsədrləri həmçinin ATƏT-in təhqiqat mexanizminin bərqərar edilməsi istiqamətində tərəqqiyə nail olmağa çağırıblar.

Onlar öhdəlik götürürlər ki, prezidentlər arasında iki görüşdən irəli gələn bütün bu tədbirlərin həyata keçirilməsində tərəflərə mümkün köməkliklərini göstərəcəklər.

Ziddiyyətli bəyanatların ardınca…

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburq görüşündən sonra Yerevan və Bakıda rəsmilər və ekspertlər danışqıların təfərrüatları barədə ən ziddiyyətli bəyanat və təhlillər verirdilər.

Təhlilçilərdən bəziləri Sankt Peterburq görüşünü Moskvanın Qarabağ münaqişəsinin tənzimlənməsini yenidən öz monopoliyası altına alması kimi qiymətləndirirdilər.

İndi isə belə görünür ki ATƏT-in Minsk qrupunun həmsədrləri Sankt Peterburq görüşündən bir həftə sonra belə ziddiyyətli bəyanat və mülahizələri neytrallaşdırmağa çalışırlar.

Bu bəyanatda “5 rayonun qaytarılması”, “mərhələli həll” kimi spesifik məsələlərə toxunulmur və ya tərəflər arasında hər hansı razılaşmanın əldə edildiyi bildirilmir.

Bəyanatda söhbət yalnız münaqişəyə nəzarət və atəşkəsin pozulmasına qarşı tədbirlərdən gedir.

Azərbaycan və Ermənistan arasında Vyana və Sankt Peterburq görüşləri aprel ayında təmas xətti boyunca gərginliyin təhlükəli həddə çatmasından sonra keçirilmişdi.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun

Brexit-dən Azərbaycan nə itirəcək?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 24 iyun

Azərbaycanlılar başqa xalqlardan az yeyir
XS
SM
MD
LG