Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:55

Erməni əhali Qarabağ kəndlərindən köçür


Retuers Agentliyinin çəkdiyi foto
Retuers Agentliyinin çəkdiyi foto

"Qarabağ hökuməti" Talış və Madagiz əhalisinə Şuşada sığınacaq yaratsa da, onlar Ermənistana köçməyə üstünlük veriblər

-

Azatutyun xəbər verir ki, “Dağlıq Qarabağda aprelin 2-də təmas xətti boyunca gedən qızğın döyüşlər zamanı evlərindən qaçmağa məcbur olan mülkilər yenidən məskunlaşdırılır”.

*Youtube Kanalımıza abunə ol - Hər gün yeni videolar izlə

Bu adamların əksəriyyətinin ağır hərbiləşdirilmiş cəbhə xəttinin yaxınlığında yerləşən Talış və Madagiz kəndlərindən olduğu xəbər verilir.

Bildirilir ki, 1994-cü ildən bəri tərəflər arasında baş vermis ən ağır döyüşlər zamanı bu kəndlər Azərbaycan ordusunun hücumuna məruz qalıb.

Ağdərədən də köçüblər

Azatutyunun məlumatına görə ermənilərin nəzarətində olan bu iki kəndin sakinləri bu günədək didərgindirlər və evlərinə qayıda bilmirlər.

Eyni sözləri cəbhə xəttinə yaxın olan Ağdərə şəhərinin erməni sakinləri haqqında da demək olar.

Talış kəndindən olan ailələr Ermənistanın Çarentsavan şəhərinə köçüblər
Talış kəndindən olan ailələr Ermənistanın Çarentsavan şəhərinə köçüblər

Xəbər verilir ki, Talış kəndi artıq 1991-1994-cü illərdə baş vermis döyüşlər zamanı ağır dağıntılara məruz qalmışdı. Bu kəndin 550-dək sakini Ermənistana sığınıb.

Əksəriyyəti uşaqlar, qadınlar və yaşlılar olan 130 sakin hazırda Ermənistanın Çarentsavan şəhərindəki qohumlarının evlərində yaşayırlar. Pul kasadlığı keçirən yerli rəhbərlik hər ailəyə yalnız 20 min dram(42 dollar) vəsait ayıra bilib.

Azatutyun yazır ki, 26 yaşlı Ruzanna Sargisyan yenicə doğulmuş körpəsi ilə Talışı tərk edib, lakin onun “Qarabağ ordusunda” xidmət edən əri və qardaşı Qarabağda qalıblar.

“Mən ümid edirəm ki, onlar sağ qalsınlar, - deyib gözüyaşlı qadın, - Mən yenidən Qarabağda yaşamaq istəyirəm. Kənddə olmasa da, heç olmasa Stepanakertdə”.

Qayıtmağa tələsmirlər

Azatutyunun məqaləsində deyilir ki, münaqişənin yenidən qızışacağından ehtiyat edən “Qarabağ hökuməti Ruzanna kimi insanları təhlükəsiz yerlərə köçürür”. “Qarabağ rəsmiləri” tez-tez Ermənistana baş çəkir və Qarabağ qaçqınları ilə görüşürlər.

“Biz Şuşada müvəqqəti sığınacaq açmışıq və vətəndaşlara orada yerləşməyi təklif etmişik” – deyib “Qarabağ baş nazirinin müavini” Artur Ağabekyan AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna.

Lakin belə görünür ki, adamlar bu təklifdən istifadə etmirlər, çünki Azatutyunun yazdığına görə onlar hazırda Ermənistanın Çarentsavan şəhərində yaşayırlar və “qayıtmağa tələsmirlər”.

“Biz Talış tam təhlükəsiz olduqdan sonra, ora yaşamaq üçün qayıdacağıq, - deyib Qayane Abramyan, - Bizim başqa kənddə yaşamaq fikrimiz yoxdur”.

Talışdan olan başqa bir sakin, Armen Hayrapetyan – “Stepanakertdən gələn rəsmilərə” deyib ki, bir gün Talışa qayıdıb uçmuş evini tikəcək.

Lakin 33 yaşlı Hayrapetyan bunu da əlavə edib ki, körpə uşaqlarının təhlükəsizliyinə görə ora qayıda bilmir.

Ağabekian da etiraf edib ki, hazırda Talış və ya Madagizdən çıxanların oralara qayıtması təhlükəlidir.

“Biz onların həyatını xilas etməliyik” – deyib Ağabekyan.

O deyib ki, “həmvətənlərinin qayıtması üçün” əllərindən gələni edəcəklər.

Həmçinin baxın: Youtube kanalımızda izləyin:

XS
SM
MD
LG