Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:27

İşğaldan qurtarılan rayonlarda nə qədər iş yeri açılıb?


Laçında işçiləri qanunsuz işlədən şirkət hansıdır?
Gözlə

No media source currently available

0:00 0:06:50 0:00

Laçında işçiləri qanunsuz işlədən şirkət hansıdır?

44 günlük savaşı bitirən 10 noyabr bəyannaməsindən az sonra Azərbaycan işğaldan qurtarılan ərazilərin bərpasına başladı. Hökumət rəsmiləri bərpa prosesinin ölkədə məşğulluğu artırdığını, yeni iş yerləri açmağa imkan yaratdığını hər fürsətdə dilə gətirdilər. Dövlət Statistika Komitəsi (DSK) bugünlərdə ötən il açılan yeni iş yerlərinə dair statistik göstəriciləri açıqlayıb.

Cədvəl: 2018-2022-ci illərdə işğaldan azad edilmiş rayonlarda açılan iş yerlərinin sayı

Rayon

2018

2019

2020

2021

2022

Ağdam

658

1952

1044

146

184

Tərtər

563

1035

744

128

103

Füzuli

598

1056

99

103

154

Xocalı

13

9

13

3

8

Xocavənd

64

13

18

35

100

Şuşa

27

27

19

7

128

Cəbrayıl

155

199

14

45

53

Qubadlı

192

31

23

16

64

Zəngilan

78

1

0

19

48

Kəlbəcər

178

45

136

71

49

Laçın

90

47

57

48

9

Cəmi

2616

4415

2167

621

900

Cədvəldən göründüyü kimi, 2020-2022-ci illərdə işğaldan qurtarılmış rayonlarda yeni açılan iş yerlərinin sayı əvvəlki dövrlə müqayisədə azalıb. Burası da var ki, həmin dövrdə bütün ölkə üzrə yeni açılan iş yerlərinin sayında azalma gözə çarpıb. Bunun başlıca səbəbi pandemiya məhdudiyyətləri olub. Unutmaq olmaz ki, sözügedən dövrdə bir sıra sahələrin fəaliyyəti dayanmışdı.

İşğaldan azad edilmiş ərazilərdə müharibədən sonra ən çox iş yerlərinin Ağdam, Tərtər və Füzuli rayonlarında açıldığı gözə çarpır. Ancaq onu da unutmaq olmaz ki, bu rayonların bir hissəsi müharibədən öncə də Azərbaycanın nəzarətində idi. Bu üzdən, həmin rayonlarda müharibədən öncə də daha çox iqtisadi fəaliyyət vardı.

Tikinti sektorunda iş yerləri artıb?

İşğaldan qurtarılan bölgələrdə, əsasən, tikinti işləri aparılır. Deməli, həmin bölgələrdə ən çox iş yeri yaratmaq potensialına sahib sahə məhz tikinti sektorudur. Onu da unutmaq olmaz ki, Qarabağda tikinti sahəsində fəaliyyət göstərən şirkətlər azad edilmiş rayonlardan kənar bölgələrdə də formalaşa bilər. Onlar digər şəhər və rayonlarda fəaliyyət göstərsə də, işçilərini bu bölgələrə göndərir və Qarabağda layihələr gerçəkləşdirir.

Cədvəl: 2020-2022-ci illərdə Azərbaycanda tikinti sektorunda çalışan muzdlu işçilərin sayı

Tarix

İşçi sayı

01.10.2020

135 min 947

01.01.2021

132 min 831

01.04.2021

121 min 513

01.07.2021

127 min 818

01.10.2021

128 min 846

01.01.2022

125 min 205

01.04.2022

123 min 525

01.07.2022

130 min 328

01.10.2022

130 min 51

01.01.2023

122 min 385

Cədvəldən göründüyü kimi, müharibənin başladığı dövrdən sonra Azərbaycanda tikinti sektorunda çalışan muzdlu işçilərin sayı müharibədən əvvəlki dövrə nisbətən azdır. Amma burada da pandemiya dönəmində iqtisadi fəaliyyətin daralmasını nəzərə almaq lazımdır. Hərçənd, bu nəzərə alınsa da məlum olur ki, müharibədən sonra Azərbaycanın tikinti sektorunda çalışanların sayında kəskin artım müşahidə edilmir. Bunun ən ağlabatan səbəblərindən biri odur ki, həmin dövrdə tikinti sahəsində çalışan şirkətlər öz mövcud işçilərini bu bölgəyə göndərib. Başqa deyimlə, bərpa işlərinə, əsasən, əvvəldən bu sahədə çalışan işçilər cəlb edilib. Sadəcə, onlar öncələr ölkənin başqa bölgələrində fəaliyyət göstərirdisə, indi fəaliyyətlərini Qarabağda davam etdirirlər.

Müharibədən sonra Azərbaycan İran və Ermənistanla dövlət sərhədinə nəzarəti tam bərpa etdi. Bu baxımdan, hərbi qulluqçuların sayında da artım gözlənilə bilər. Ancaq bu istiqamətdə də atılan addımlardan biri ölkənin digər ərazilərində dislokasiya olunan hərbi birləşmələrin bu ərazilərə köçürülməsi oldu.

Ölkə üzrə yeni iş yerləri necə dəyişib?

2020-ci ildən bəri bütün ölkə üzrə açılan yeni iş yerlərinin sayında azalma gözə çarpır. Özəlliklə yeni yaradılmış müəssisələrdə açılan iş yerlərinin sayında kəskin azalma var. Məsələn, 2019-cu ildə Azərbaycanın yeni yaradılmış müəssisələrində 57 min iş yeri açılmışdı. 2020-ci ildə bu rəqəm 8 min nəfərə, 2021-ci ildə 7 min nəfərə geriləyib. Ötən il yeni müəssisələrdə açılan iş yerlərinin sayı bir qədər də azalaraq 6 min 275 nəfərə enib. Deməli, üç il içində ölkədə yeni yaranan müəssisələrin yaratdığı iş yerlərinin sayı 9 dəfə azalıb. Bu rəqəm həm də onu göstərir ki, Azərbaycan iqtisadiyyatı yeni iş yerlərinin açılması baxımından hələ də pandemiyadan öncəki duruma dönə bilməyib.

Yeni yaradılan müəssisələrdə açılan iş yerləri ilə bağlı daha bir məqam diqqət çəkir. Məşğulluqda paytaxt Bakının payı daha da artıb. Məsələn, 2019-cu ildə ölkədə yeni müəssisələrin yaratdığı iş yerlərinin cəmi 55.5 faizi Bakının payına düşürdü. 2022-ci ildə bu rəqəm 80.2 faizə yüksəlib. Başqa sözlə, yeni müəssisələrin yaratdığı hər 10 iş yerindən səkkizi Bakının, qalan ikisi ölkənin digər regionlarının payına düşüb. Bu rəqəm də Azərbaycanda regionlar arasında iqtisadi bərabərsizliyin nə qədər böyük həddə olduğunun xəbərçisidir.

XS
SM
MD
LG