Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:17

Hökumətin Qarabağ erməniləri ilə bağlı planında olanlar...


Separatçılar üçün kredit, pulsuz müalicə-Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

Separatçılar üçün kredit, pulsuz müalicə-Gürcüstan təcrübəsi

Prezident Administrasiyası (PA) oktyabrın 2-də bundan əvvəl Qarabağın erməni sakinləri ilə görüşdə təqdim etdikləri reinteqrasiyaya dair planı açıqlayıb. Həmin görüşlər sentyabrın 21-də, 25-də, 29-da Yevlax və Xocalı şəhərlərində gerçəkləşib.

"Sakinlər daxili işlər orqanlarına işə..."

"Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər", - PA bildirir.

Habelə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılmalıdır.

Təhlükəsizlik sahəsinə aid isə bunlar qeyd edilir: "Tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır... Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər".

"Torpaq vergisi istisna olmaqla..."

Həmçinin, Qarabağda ermənilərin məskunlaşdığı ərazilərdə Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilməlidir. Sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilməlidir...

Açıqlamaya görə, fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

"Erməni dilinin istifadəsinə imkan yaradılır"

Sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilməlidir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunmalıdır.

Eyni zamanda, erməni dilinin istifadəsinə imkan yaradılmalıdır.

  • Son günlər Qarabağdan Ermənistana köç baş verib. Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gəlib. Azərbaycan rəsmi qurumları bu rəqəmə, hələlik, münasibət bildirməyiblər.
  • Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Yerevan isə Qarabağda artıq onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də isə tanınmayan qurum özünü buraxdığını elan edib.

XS
SM
MD
LG