Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:03

Qarabağda daha bir müharibə ola bilərmi? 


ABŞ-da ekspertlər Qarabağda qarşıdurmann yenidən alovlana biləcəyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:10:09 0:00

ABŞ-da ekspertlər Qarabağda qarşıdurmann yenidən alovlana biləcəyini deyirlər

Bu mövzu fevralın 11-də, Vaşinqtonda amerikalı təhlilçilərin iştirak etdiyi tədbirdə müzakirə olunub. Tədbiri ABŞ Ordusunun Komandanlıq və Baş Qərargah Kollecinin Mədəniyyət və Bölgə Araşdırmaları Ofisi təşkil edib.

ABŞ-ın Bakıdakı keçmiş səfiri, Corc Meyson Universitetinin professoru Riçard Kozlariç bu tədbirdə deyib ki, üzü yaza münaqişə yenidən qızışa bilər. O, Azadlıq Radiosuna müsahibəsində fikirlərini belə əsaslandırır:

“Narahatam ki, havalar düzələndə, üzü yaza doğru hər iki tərəf hərbi tədbirlər görmək həddinə gəlsinlər. Əgər sülh prosesini işləyib hazırlamaq üçün ciddi tədbirlər görülməsə və sülh razılığına gəlinməsə, bu baş verə bilər. Mən hansısa proqnoz vermirəm, sadəcə bunun mümkün olduğunu deyirəm. Biz gərək bu məsələyə ayıq-sayıq yanaşaq. Məsələ, bunun kimin başlayacağı deyil, hadisə baş verəndə verir. Ərazidə hər iki tərəfdən də çoxlu sayda hərbi qüvvə var. Rusiyanın sülhməramlılarının sayı isə məncə kifayət deyil”.

Kozlariç deyib ki, o həm Azərbaycan, həm də Ermənistan müharibəyə hazırlaşdıqlarına inanır və beynəlxalq ictimaiyyət gərək tezliklə danışıqlar formatı işləyib hazırlasınlar ki, daimi sülhə nail olmaq mümkün olsun.

Azərbaycan prezidenti isə elan edib ki, Qarabağ münaqişəsi artıq mövcud deyil və tam həll olunub. Rəsmi Bakı zəfər paradı da keçirib.

Hərçənd, noyabrın 10-da imzalanan sənəd sülh razılaşması yox, atəşkəs bəyanatıdır.

Keçmiş səfir:"Yaza doğru Qarabağda gərginlik arta bilər"
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Münaqişə davam edir

Amerikada region üzrə təhlilçi Paul Goble bir müddət əvvəl AzadlıqRadiosuna demişdi ki, münaqişəni o vaxt bitmiş saymaq olar ki, qarşı tərəf öz məğlubiyyətini qəbul etsin.

Ermənistanda isə revanşist çağırışlar davam edir.

Eks-prezident Serj Sarkisyan fevralın 16-da Newsam saytına müsahibəsində deyib ki, məğlub olan nə erməni xalqı, nə erməni ordusudur, kapitulyasiya edən Paşinyan və onun komandasıdır.

ABŞ-ın Cənubi Kalifornasiya Universitetinin erməniləri araşdırma institutunun baş araşdırmaçısı Emil Sanamyan AzadlıqRadiosuna deyir ki, o da hesab edir ki, münaqişə davam edir:

“Üstəlik, təmas xəttinin indiki forması elədir ki, atəşkəsin pozulması və yerli eskalasiyalar 2020 -ci il müharibəsindən də daha tez -tez baş verə bilər. 2020-ci ilə qədər təmas xətti daha möhkəm və dayanıqlı idi. Əlbəttə ki, Rusiya qüvvələri hansısa hadisə baş verərsə, müdaxilə edə bilər, amma Azərbaycan Hadruta girəndən sonra biz gördük ki, atışmalar və ərazidə yerdəyişmələr mümkündür”.

Grigoryan:2016-cı ildə müharibə ona görə dayandı ki, Sargsyan vədlər vermişdi
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Putin vasitəçi olaraq qaldıqca

Ermənistan anti-müharibə fəalı Georgi Vanyan isə deyir ki, müharibə ehtimalı o vaxta qədər qalacaq ki, tərəflər bir-biri ilə “Putinin vasitəçiliyi ilə” ünsiyyət saxlayacaqlar. Onun fikrincə, həm Azərbaycanda, həm də Ermənistanda hökumətlər propaqanda dilini dəyişmədikcə müharibə ehtimalı daha da möhkəmlənir.

O ki qaldı, Ermənistanda yeni münaqişənin alovlanmasında kimin maraqlı olmasına, Georgi Vanyan deyir:

“Ermənistanda heç kim müharibə istəmir. Az sayda adam var, onlar düşünür ki, yeni müharibə onlara divident gətirə bilər - yəni, hakimiyyət və pul. O ki qaldı revanşizm ideyaları irəli sürən hazırkı müxalifətə, bu adamlar revanş deyərkən yeni müharibəni yox, keçmiş prezident Robert Koçaryanın hakimiyyətə gətirməyi nəzərdə tuturlar. Ermənistan siyasi elitasının köhnə qvardiyası təəssüf ki, hələ də informasiya və maliyə resursları üzərində hakimiyyətə malikdirlər. Onlar nəinki yalnız mitinqlər keçirməyə, həm də provakasiya yaratmağa qadirdirlər”.

"Müharibəni başlamaq çox ciddi bir addım olardı"

Bununla belə, Vanyan əlavə edir ki, müharibəni başlamaq çox ciddi bir addım olardı, indi əsas narahatedici məqam odur ki, hazırda yeganə güc sahibi Putin rejimidir və yeni müharibənin baş verməməsi üçün beynəlxalq ictimaiyyət cəlb olunmalıdır.

Keçən ilin payınızda, Qarabağda hərbi əməliyyatların bərpa olunması ilə Azərbaycan 90-cı illərin sonunda nəzarəti itirdiyi torpaqların bir qismini qaytarıb, amma keçmiş Dağlıq Qarabağ vilayəti ərazisinin əsas hissəsinə hələ ki, noyabrın 10-da imzalanmış atəşkəs razılaşması ilə regiona gələn Rusiya sülhməramlıları nəzarət edir.

Rəsmi məlumata görə, sonuncu toqquşmada hər iki tərəfdən 6 minə qədər hərbçi həlak olub.

XS
SM
MD
LG