Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:34

Bu gün Seneqal - Niderland matçı var


Əl-Bayt stadionu
Əl-Bayt stadionu

Noyabrın 20-də Qətərdə futbol üzrə 2020-ci il Dünya Kuboku başlayıb. Ev sahibi Qətər Ekvadora 0-2 hesabıyla məğlub olub.

A qrupundan Seneqal - Niderland matçı və daha iki matç bu gün – noyabrın 21-də keçiriləcək.

Əsasən miqrant işçilərdən ibarət 3 milyon əhalisi olan Qətər çempionata hazırlığa 200 milyard dollardan çox vəsait xərclədiyini açıqlayıb.

Oyunlar üçün yeddi yeni stadion tikilib. Onlardan biri Dohadan şimalda yerləşən 60 min yerlik Əl- Bayt stadionudur.

Futbol üzrə dünya çempionatı dekabrın 18-də başa çatacaq.

İlk dəfədir bu çempionat ərəb və əsasən müsəlman ölkəsinə, həm də payız-qış mövsümündə keçirilir. Yayda Qətərdə temperatur hava çox isti olur.

İnsan haqları pozuntuları

“Freedom House” insan haqları təşkilatı mütləq monarxiya olan Qətəri qeyri-azad ölkə sayır. “Sərhədsiz Reportyorlar” təşkilatının azad mətbuat indeksində isə bu ölkə 119-cu yerdədir. Ölkədə LGBT hüquqları pozulur, homoseksuallar üçün ölüm hökmü çıxarılır.

“Amnesty International” dünya çempionatı üçün obyektlərin tikintisində 6 mindən 15 minədək əcnəbi fəhlənin öldüyünü bildirir. Hakimiyyət bu rəqəmin 37 olduğunu bildirir.

FIFA-nın prezidenti Canni İnfantino (Gianni Infantino) isə çempionatdan öncə bəyan edib ki, Qərbin Qətəri insan haqları pozuntularına görə tənqid etməsi “ikiüzlülükdür”. “Biz avropalılar son 3 min ildə etdirklərimizə görə 3 min dəfə üzr istəməliyik. Yalnız bundan sonra mənəvi qiymət verə bilərik”, – o vurğulayıb.

İnsan haqları fəalları beynəlxalq futbol qurumunun liderinin dediklərini tənqid ediblər.

XS
SM
MD
LG