Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:17

Qazaxıstanda ölü sayının 164-ə çatdığı xəbər verilir


Yanvarın 8-də Almatıda
Yanvarın 8-də Almatıda

Qazaxıstanın hakimiyyət orqanları yanvarın 9-da bildirib ki, təhlükəsizlik qüvvələri müxtəlif reyd və əməliyyalatın gedişində 6 minədək şəxsi saxlayıb

Qazaxıstanın hakimiyyət orqanları yanvarın 9-da bildirib ki, təhlükəsizlik qüvvələri müxtəlif reyd və əməliyyalatın gedişində 6 minədək şəxsi saxlayıb.

Qazaxıstanın Daxili İşlər Nazirliyi indiyədək 5969 nəfərin saxlandığını xəbər verir.

Nazirliyin məlumatına görə onlardan 133 nəfəri “ağır cinayətlərlə” bağlı saxlanıb.

Vlast.kz saytının verdiyi məlumata əsasən yanvarın 5-dən bəri ölkə boyunca 164 nəfər həlak olub.

Bu məlumatın Qazaxıstanın Operativ Qərargahının Telegram kanalından alındığı bildirilir.

Vlast.kz bildirir ki, ölümlərdən 103-ü ölkənin ən böyük şəhəri Almatıda baş verib.

KazakhTelecom dövlət şirkəti yanvarın 5-də kommunikasiyaları blok edəndən bəri ölkədə internet və mobil rabitə problemli olaraq qalır.

Yanvarın 9-da Qazaxıstan mediası keçmiş prezident Nursultan Nazarbayevin sözçüsü Aydos Ukibayın şərhini yayıb.

O Nazarbayevin yanvarın 5-dən ölkənin Təlükəsizlik Şurası sədri vəzifəsindən istefa etdiyini bildirmişdi.

Ukibayın sözlərinə görə, Nazarbayev vəzifəsindən ona görə istefa edib ki, ölkə lierliyindən “iğtişaş və terrorun cəld, sərt və güzəştsiz reaksiya” tələb etdiyini bilirdi.

Qırğızıstan parlamenti qarşısında etiraz aksiyasının plakatlarından biri
Qırğızıstan parlamenti qarşısında etiraz aksiyasının plakatlarından biri

Qırğız musiqiçisinin iğtişaşçı kimi Qazaxıstanda saxlanması Bişkekdə narazılıq yaradıb

Yanvarın 9-da Qazaxıstanın dövlət televiziyasında ölkədə son iğtişaşlarda iştirak etdiyi iddia olunan bir nəfər göstərilib. İddia olunur ki, guya həmin şəxs iğtişaşlarda iştirak etmək üçün Qazaxıstana gəlib.

Ekranda kimliyi yazılmayan və sifətində qançır izləri olan həmin gənc pul müqabilində işğtişaşlarda iştirak etdiyini "etiraf" edir.

Həmin şəxs bildirir ki, naməlum şəxslər ona yanvarın 1-də zəng edərək 90 min tengə təklif ediblər, yanvarın 2-də isə Almatıya bilet alıblar və orada bir mənzildə məskunlaşdırıblar.

Süjetdə ad yazılmasa da video yayılandan qısa zaman sonra qırğızıstanlılar öz həmyerlilərini tanıyıblar və onun ölkədə məhşur caz musiqiçisi və pianist Vikram Ruzaxunov olduğunu bildiriblər.

Məsələ ilə bağlı qırğızıstanlı fəallar Qazaxıstan hakimiyyətinə müraciət edərək dəqiqləşdirilməmiş informasıyanı yaymamağa çağırıblar.

Qırğızıstan Prezidentinin mətbuat katibi Vikram Rozaxunovun Qazaxıstanda saxlanmasına münasibət bildirib. Erbol Sultanbayev öz Facebook səhifəsində yazıb ki, bir sıra xarici KİV-lərdə Qırğızıstandan olan caz musiqiçisi Vikram Ruzaxınovun Qazaxıstana guya mitinqlərdə iştirak etmək üçün gələn dağıdıcı element kimi təqdim edilməsi narahatedicidir.

O, iki ölkə xarici işlər nazirliyi arasında musiqiçinin saxlanma şəraitinin aydınlışdırılması ilə bağlı müvafiq işlər aparıldığını deyib.

Kamçubek Taşiev
Kamçubek Taşiev

Bir müddət sonra məsələyə Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçubek Taşiyev münasibət bildirib.

“Biz danışıqlar üçün hər cür səy və fürsəti əsirgəməyəcəyik... Vikram Ruzaxunovu terrorçu kimi təqib etmək olmaz. Artıq əlaqə saxlamışıq, danışmışıq, məlumat vermişik. Biz belə oturmuruq və vətəndaşımız xüsusilə terrorda ittiham olunanda otura bilmərik”, - Kamçıbek Taşiyev vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, yoxlamalar Vikram Ruzaxunovun heç vaxt iğtişaşlarda, küçə yürüşlərində və digər aksiyalarda iştirak etmədiyini göstərib.

“Biz hesab edirik ki, Qazaxıstanın dövlət telekanalları vasitəsilə yayılan məlumatlar yanlışdır. Qırğızıstanın dövlət qurumları tərəfindən biz məsuliyyətlə bəyan edə bilərik ki, Vikram Ruzaxunov heç bir halda terrorçu deyil”, - deyə Təhlükəsizlik Komitəsinin rəhbəri bildirib.

XS
SM
MD
LG