Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:42

Qazaxıstan uşaqlara bank hesabı açacaq, bəs Azərbaycan?


Hökumət uşaqpulunun büdcəsini haradan tapa bilər?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Hökumət uşaqpulunun büdcəsini haradan tapa bilər?

Qazaxıstanda dövlətin gələn ildən hər doğulan uşaq üçün bank hesabı açacağı gözlənir. Dövlət həmin bank hesabına uşağın 18 yaşına qədər hər il müəyyən vəsait qoymalıdır. Qazaxıstan hökumət nümayəndələrinin sözlərinə görə, hesabda toplanan 3 min 500 dolları uşaqlar 18 yaşına çatanda öz təhsil və yaşayış şəraitin yaxşılaşdırılmasına yönəltməlidir.

Azərbaycan da, Qazaxıstan kimi, keçmiş SSRİ-i respublikalarından biri, neft ölkəsidir. Azərbaycanda da bu mümkündürmü? Ölkədə uşaqlara aylıq müavinətin verilməsi ünvanlı sosial yardıma keçidlə əlaqədar 2006-cı ildən dayandırılıb.

A.Hüseynov
A.Hüseynov

"Vətəndaşlarımızı qane edən addımlar olacaq"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a bildirib ki, Azərbaycanda sosial tədbirlərin həyata keçirilməsinə dövlət sosial dəstək verir: "Hesab edirəm ki, bu sahədə vətəndaşlarımızı qane edən addımlar olacaq".

Deputatın sözlərinə görə, sosial tədbirlər üçün dövlət büdcəsinin 40 faizdən çoxunu ayırır: (2023-cü ildə büdcə xərcləri 33 milyard 353 milyon manat proqnozlaşdırılır) "Eyni zamanda, dövlət büdcəmizin gəlirləri artdıqca bu sosial tədbirlərə yönəldilir. Büdcəmiz və valyuta gəlirlərimiz getdikcə artır. Hər artan gəlirimiz sosial tədbirlər üçündür".

N.Cəfərli
N.Cəfərli

"Haqlı narazılıq var ki…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, rəsmi məlumatlara görə, ölkədə həssas kateqoriyadan olan 600 min uşaq dövlətdən müavinət alır: "Deyirlər ki, biz uşaqlara vəsaitləri veririk. Amma problem ondan ibarətdir ki, bu, vətəndaşların dolanışığına təsir göstərmir. Ona görə də haqlı narazılıq var ki, dövlət uşaqpulu məsələsində ciddi iş görmür".

Onun sözlərinə görə, Azərbaycanda, Qazaxıstandakı kimi, uşaqlarla bağlı proqramın icrası üçün maddi imkan var: "Amma bu, onun hansı formada həyata keçirilməsindən asılıdır. Qazaxıstankı model aylıq olmur, zamana yayılır. Buna bənzər forma Rusiyada var. Ona "ana kapitalı" deyilir, uşağın hesabına 500 min rubl (6 min 700 dollar) pul köçürülür və 18 yaşına çatmış uşaq onu təhsilə yönəldə bilər. Valideynlərə isə bu vəsaitdən istifadəyə yalnız mənzil almaq üçün icazə verilir".

Almaniyada 200 avro aylıq uşaqpulu, Azərbaycanda isə...
Gözlə

No media source currently available

0:00 0:05:47 0:00

"Təəssüf ki, bu da müzakirə olunmadı"

N.Cəfərli hesab edir ki, Azərbaycanda da bu yöndə müəyyən addımlar atıla bilər: "Amma bunun üçün dövlətin hesablanmış qaydaları lazımdır. Lakin dövlət, hələlik, bu yöndə addım atmaq istəmir".

İqtisadçı qeyd edib ki, ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var: "Ailələrdə ikinci uşağın sayı 920 minə yaxındır. Hələlik, ilk addım kimi birinci uşaqdan sonra doğulan uşaqlara ayda 100 manat dövlət yardım edə bilər. Bu, ilə 1 milyard manat edir ki, bu, o qədər də böyük vəsait deyil, Azərbaycan onun altından çıxa bilər. Təəssüf ki, bu da müzakirə olunmadı".

XS
SM
MD
LG