Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:23

Bakıda qətlə görə məhkəmə hakimi ittiham olunur


Söhbət 2022-ci ilin martında idmançı Zaur Yusifovun qətlə yetirilməsindən gedir

Bakıda baş vermiş qətl hadisəsinə görə məhkəmə hakimini ittiham edirlər. İddia olunur ki, əgər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudov vaxtında ədalətli və qanuni hökm versəydi, bu ölüm hadisəsi baş verməzdi. Söhbət 2022-ci ilin martında idmançı Zaur Yusifovun qətlə yetirilməsindən gedir.

Yusifov özü ölümündən 5 ay öncə həbsdən buraxılmışdı. Onun özü də kriminal aləmdə “Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovu qətlə yetirməkdə ittiham olunaraq Həsən Tağıyev adlı şəxslə birlikdə həbs edilmişdi.

2021-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası Yusifova bəraət verərək, azadlığa buraxıb. Digər təqsirləndirilən şəxs, Tağıyevə isə 18 il həbs cəzası kəsilib.

Anaları qız uşaqlarını abort etdirməyə məcbur edənlər
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Zərərçəkmiş tərəf hesab edirdi ki, bu hökm qanunsuz və ədalətsizdir, Səfərovu məhz Yusifov qətlə yetirib. Ona görə həm zərərçəkmiş, həm də prokurorluq hökmdən narazı qalmışdı. Hər ikisi apellyasiya şikayəti vermişdi.

Bakı Apellyasiya Məhkəməsində bu işə baxılanda Yusifovun özü də odlu silahla qətlə yetirildi. Onun qətlində ittiham edilən isə mərhum Eminin xalası oğlu Samir Şirəliyev idi. 20-yaşlı Şirəliyev məhkəmədə bildirib ki, bu əməli xalası oğlunun qisasını almaqdan ötrü törədib.

44 günlük müharibədə iştirak etdiyini, silah atmağı həm orada, həm də sonradan poliqonda öyrəndiyini deyən Şirəliyevin sözlərinə görə, silah almaq üçün qanuni şəkildə müraciət edib və alıb.

"Həm də buna görə işgəncə çəkirəm"

Qarşı tərəf – Yusifovun yaxınları isə iddia edirlər ki, Şirəliyev bu cinayəti xalasının – mərhum Səfərovun anasının sifarişiylə törədib. Amma Mətanət Səfərova ünvanına səslənən bu ittihamları rədd edib.

O bildirib ki, heç bir halda, bacısının kasıbçılıqla böyütdüyü oğlunun, gənc bir adamın uzunmüddətli həbsə getməsinə razı olmazdı:

“Oğlum Emin həbsdə olmuşdu, bilirəm ki, türməyə gedib-gəlmək nə deməkdir. Bu uşağın ora gedib düşməsinə razı olmazdım. Oğlumun qisasına görə eləyib bunu. Mən hər gün oğlumun dərdini çəkməklə yanaşı, həm də buna görə işgəncə çəkirəm. Bu hadisə İlham Mahmudovun günahıdır. Öz maraqlarına görə o hökmü verməsəydi, belə olmazdı...”

Bəraət hökmü ləğv edilib

Mərhum Zaur Yusifov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış bəraət hökmü onun ölümündən sonra ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, Yusifov “Emin 444”ün qətlində təqsirlidir. Lakin o, öldüyünə görə barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Məktəb tikintisi üçün ayrılan torpaqları kim satıb?
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Səslənən itthamlara hakim Mahmudovun münasibəti bəlli deyil. Ancaq Məhkəmə-Hüquq Şurası bu ilin mayında Yusifov haqqında bəraət hökmünə imza atmış hakimləri – İlham Mahmudov, Faiq QəniyevSəbuhi Hüseynovun intizam məsuliyyətinə cəlb olunmasına qərar verib.

Oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Şirəliyevə də hökm oxunub. O, 18 il azadlıqdan məhrum edilib. Onun vəkili bu hökmdən apellyasiya şikayəti verəcək.

XS
SM
MD
LG